Siyasət

Ərdoğan: Zəngəzur dəhlizinin yaradılmasında problem görmürəm

14 Oktyabr, 2022
2166

Rəsmi səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin yaradılmasında problem görmədiyini bildirib. 

Bu barədə Tükiyə KİV-i məlumat yayıb. 

Jurnalistin Praqada Avropa Siyasi Sammiti çərçivəsində Ermənistanın Baş naziri Paşinyanla görüşdə Zəngəzur dəhlizi məsələsi müzakirə olunubmu sualına cavab verərkən  Ərdoğan görüşün dar formatda keçirildiyini nəzərə çatdırıb: 

“Bu dar çevrədə Paşinyan, eləcə də İlham Əliyev və Macarıstanın Baş naziri Orban var idi. Bundan sonra təbii ki, bizim nümayəndə heyətlərinin görüşü oldu və təbii ki, biz bu məsələləri müzakirə etdik. Amma Zəngəzur dəhlizi ilə bağlı heç bir problem görmürəm”.

https://toplum.tv/siyaset/ilham-eliyev-ermenistana-xeberdarliq-edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu gün jurnalistlərə açıqlamasında Ermənistanla münasibətlərin normallaşmasından danışıb: 

"Ermənistanla hələ anlaşmamız yoxdur. Xüsusi səlahiyyətli nümayəndələrimiz 4 dəfə görüşüblər. Bundan sonrakı görüşlər Türkiyədə və ya Ermənistanda olacaq. Biz Ermənistanla münasibətləri normallaşdırmaq istəyirik".

Nazir sözlərinə görə, əsas problem Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmamasıdır.

“Biz Azərbaycanla addımları koordinasiya edirik”, - deyə Çavuşoğlu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo