Siyasət

Mövlud Çavuşoğlu: Azərbaycan və Ermənistan sülh müqaviləsi üzrə razılıq əldə ediblər

11 Oktyabr, 2022
2389

Rəsmi səhifə

"Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılıq əldə ediblər, onların həyata keçirilməsi qalıb".

Bu sözləri oktyabrın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalislərə açıqlamasında deyib. 

“Biz jestlər edirik. Rəsmi Yerevan isə bu jestləri qiymətləndirməlidir”, - Çavuşoğlu əlavə edib. 

https://toplum.tv/siyaset/aspa-da-azerbaycan-ve-ermenistan-arasinda-debat-kecirilib

Bu gün Ermənistanın "Qraparak" qəzeti də iddia etmişdi ki, Qərb ölkələri Ermənistandan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini imzalamağı tələb edir.

Nəşr öz mənbəsinə istinadən xəbər verir ki, bu məsələ oktyabrın 6-da Praqada keçirilən qapalı iclasda da müzakirə olunub.

“Əliyev müqavilənin noyabrın 9-da imzalanmasını təklif edib. İki il əvvəl, məhz bu gündə erməni tərəfi kapitulyasiyaya imza atdı və indi də Əliyev öz zəfərini təkrarlamaq istəyir. Paşinyan buna qarşı çıxaraq deyib ki, ermənilər üçün bu gün məğlubiyyətlə əlaqədardir”, - "Qraparak" yazır.

Bundan əlavə, Paşinyan görüşdə “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılması” məsələsini qaldırıb, əks halda sazişi imzalamayacağını bildirib. Əliyev də öz növbəsində Azərbaycana dəhliz verilməsini tələb edib. 

Qəzet yazır ki, yeni eskalasiya ehtimalı kifayət qədər yüksəkdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo