Siyasət

İlham Əliyev xəstəxanada Binəli Yıldırıma baş çəkib

21 Oktyabr, 2022
2257

President.az

Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanada  müalicə alan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, deputat Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Bu barədə oktyabrın 21-də Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, dövlət başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.

https://toplum.tv/sosial/bineli-yildirimin-surduyu-masin-qezadan-sonra-yararsiz-veziyyete-dusub

"Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər", - xəbərdə deyilir. 

Ötən gün Binəli Yıldırım, onun mühafizəçisi və deputat Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.

Türkiyə mətbuatının məlumatına görə, Binəli Yıldırımın idarə etdiyi avtomobil qəzadan sonra yararsız vəziyyətə düşüb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo