Sosial

Türklərin ən çox ailə həyatı qurduğu xarici vətəndaşlar azərbaycanlılardır

11 Avqust, 2022
2185

Açıq mənbələrdən götürülüb

96.026 əcnəbi  Türkiyə vətəndaşı ilə ailə həyatı quraraq bu ölkədə yaşayır. Xarici vətəndaşları ölkələrə görə qruplaşdırsaq, ilk 10 ölkə arasında Azərbaycan (12.642), Özbəkistan (7.828), Rusiya (6.910), Ukrayna (6.722), Mərakeş (6.103), Türkmənistan (4.934), İran (4.195), Qırğızıstan (3.767), Suriya (3.161), Qazaxıstan (3.069) qərarlaşıb.

Bu barədə Türkiyənin Daxili işlər Nazirliyinin nəzdində İmmiqrasiya İdarəsindən məlumat verilib.

2022-ci ilin avqustun ayına olan statistikaya əsasən, ümumilikdə 1 milyon 406 min 825 xarici vətəndaş Türkiyədə yaşayır.

https://toplum.tv/iqtisadiyyat/son-6-ayda-turkiyede-ev-alan-azerbaycanlilarin-sayi-aciqlanib

Türkiyədə yaşayış icazəsi ilə yerləşən xarici vətəndaşların statistikası belədir:

Türkiyədə yaşayış icazəsinə görə ilk 10 ölkə arasında İraq (151.508), Türkmənistan (120.474), Suriya (107.472), İran (106.668), Rusiya Federasiyası (103.437), Özbəkistan (71.540), Azərbaycan (71.020), Əfqanıstan (54.353), Qazaxıstan (45.837), Ukrayna (41.063) yer alır.

Qısa müddətli, müvəqqəti yaşayış icazəsi ilə Türkiyədə yaşayan xarici vətəndaşlar ümumilikdə 1 milyon 17 min 204 nəfər təşkil edir.

İlk 10 ölkə arasında İraq ( 138. 567), Türkmənistan ( 98.858), Suriya ( 90. 684), İran (86.959), Rusiya (83.851), Özbəkistan (55.482), Əfqanıstan (43.361), Azərbaycan (31.675), Ukrayna (29.149), Misir (23.228) qərarlaşıb.

128 500 nəfər Türkiyə universitetlərinə qəbul olunub və tələbə kimi burada yaşayır.

Türkiyədə tələbələrinə yaşayış icazəsi verilən ilk 10 ölkə arasında Azərbaycan (16.826), İran (10.873), Türkmənistan (8.862), İraq (7.838), Somali (7.549), Suriya (6.320), İordaniya (5.240), Yəmən (4.864), Əfqanıstan (4.620). Misir (4.256) qərarlaşıb.

165 095 nəfər xarici isə digər səbəblərlə bağlı Türkiyədə yaşayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo