Siyasət

Həbsdə olan NİDA-çı saxlanma şəraətindən şikayət edir

5 Mart, 2021
1523

Sosial Media

Fevralın 20-də inzibati qaydada 30 sutka müddətinə həbs olunmuş və hazırda Sumqayıt Şəhər Polis İdarəsində müvəqqəti saxlama yerində saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasova şəxsi gigiyena üçün şərait yaradılmır.

Bu barədə E.Abbasovun anası Mətanət Abbasova məlumat verib. O, bunu martın 4-də oğlu ilə saxlandığı yerdə görüşdən sonra deyib.

M.Abbasovanın sözlərinə görə, Elmir Abbasov ona özünü normal hiss etdiyini deyib, lakin ona artıq 14 gündür çimmək üçün şərait yaradılmadığından şikayət edib. "Bundan əlavə Elmir üçün 10 gün əvvəl polis idarəsinə verdiyim paltarlar ona çatdırılmayıb və o 14 gündür eyni paltarda saxlanılır".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev xəbəri təkzib edib. Onun sözlərinə görə inzibati qaydada həbs olunmuş şəxslər arasında fərq qoyulmur: "Nizam qaydalarına uyğun olaraq inzibati qaydada cəzasını çəkən hər bir şəxsin gigiyena qaydaların tələblərinə ciddi nəzarət olunur". 

27-yaşlı Elmir Abbasov fevralın 16-da "Feysbuk" hesabındakı paylaşımında ölkə rəhbərliyini kəskin tənqid edib.

Bir neçə gün sonra Elmir Abbasov polis tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması) maddəsi ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub. 

E.Abbasov özünü təqsirli bilməyib və həbsini yazdığı statusla əlaqələndirilir. 

Hakimiyyət təmsilçiləri isə ölkədə heç kəsin fərqli fikrinə görə təqibə məruz qalmadığını deyirlər. Beynəlxalq qurumların Azərbaycanda demokratiya sahəsində geriləmə ilə bağlı tənqidləri isə, bir qayda olaraq, rədd olunur ("Turan").


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo