Siyasət

IDI: “Nümayəndəlik İnstitutunun ləğvi aztəminatlı şəxsləri effektiv hüquqi yardımdan məhrum edib”

16 Mart, 2021
2757

IDI

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Gənc Hüquq Müdafiəçiləri” təlimlərinin məzunlarından ibarət araşdırma qrupu Azərbaycanda Nümayəndəlik İnstitutunun ləğvinin nəticələriylə bağlı Araşdırma Sənədi hazırlayıb.

Bu barədə martın 15-də Demokratik Təşəbbüslər İnstitutunun rəsmi saytında məlumat verilib. 

Xəbərdə bildirilir ki, Araşdırma Sənədində Azərbaycanda nümayəndəlik institunun tarixinə qısa nəzər salınıb, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna 2017-ci il 31 oktyabr tarixli dəyişikliklərin nəticələri təhlil edilib. 

Gənc araşdırmaçıların gəldiyi nəticələr bunlar olub:

- 31 oktyabr 2017-ci il dəyişiklikləri nümayəndələrin hüquqlarını əhəmiyyətli dərəcədə azaldıb və məhkəmə proseslərində şəxslərin təmsil edilməsini vəkillərin monopoliyasına verib.
 
- Dəyişikliklərin qəbul edilməsi aztəminatlı şəxslərin effektiv hüquqi yardıma çatımlılıqlarının əhəmiyyətli dərəcədə zəifləməsi, praktiki hüquqi fəaliyyətlə məşğul olan hüquqşünas və qeyri-hüquqşünasların öz fəaliyyətlərindən məhrum edilməsi və ölkədə insan haqlarının müdafiəsi ilə məşğul olan müstəqil şəxslərin bundan sonra məhkəmə proseslərindən kənarda qalması ilə nəticələnib. 

- Sözügedən qanun layihəsi ictimai müzakirələrə çıxarılmadan qəbul edilib. Bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, layihə praktiki hüquq fəaliyyətinin müstəqilliyini, özünütənzimləməsini və bütövlüyünü artırmağa yönəlməyib; həmçinin beynəlxalq standartlara zidd şəkildə qəbul edilib. 

- Təxminən 10 milyon əhalisi olan bir ölkədə cəmi 1844 vəkilin olması vətəndaşların hüquqi xidmətlərdən istifadəsini əhəmiyyətli dərəcədə çətinləşdirir. 

- Nümayəndəliyin ləğvi rayonlarda insanların hüquqi yardıma çatımlılığına xüsusilə mənfi təsir göstərib. Belə ki, kollegiya üzvlərinin cəmi 395 nəfəri rayonlarda fəaliyyət göstərir. 

- Bir çox gənc hüquqşünas əhalinin müəyyən həssas qruplarını dəstəkləmək üçün yerli təşkilatlarla əməkdaşlıq edirdi və vəkilliklə məşğul olan şəxslərlə müqavilə bağlamaq çox xərc tələb etdiyi üçün həmin qruplar gənc hüquqşünasların xidmətlərindən faydalanırdı. Beləliklə, nümayəndəliyin ləğvi həm də insan alveri və məişət zorakılığının qurbanlarına, əlilliyi olan şəxslərə və məcburi köçkünlərə vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən göstərilən hüquqi xidmətlərə də təsirsiz ötüşməyib. 

- Vəkillər Kollegiyasına qəbulun müsahibə mərhələsinin təşkili qaydaları hökumət üçün “arzuolunmaz“ sayılan şəxslərin vəkilliyə qəbulunun qarşısını almaq məqsədi daşıyır. Belə ki, suallarla bağlı konkret mövzuların iştirakçılara bildirilməməsi, cavabların qeyri-obyektiv (şəxsi mülahizələrə əsaslanan) şəkildə qiymətləndirilməsi və müsahibə götürən şəxslərin yarıdan çoxunun kollegiyan üzvü olmayan hökumət nümayəndələri olması həmin məqsədin mövcudluğu ilə bağlı əsaslı şübhələr yaradır. 

- Azərbaycanla ortaq keçmişi olan bəzi xarici ölkələrin vəkillik və nümayəndəlik fəaliyyəti ilə bağlı qanunvericiliklərinin araşdırılması zamanı məlum olub ki, Gürcüstan qanunvericiliyində nümayəndəlik institutu daha genis təsbit edilib; Gürcüstan və Estoniyada Vəkillər Kollegiyasına qəbul daha şəffafdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo