Siyasət

İlham Əliyev: “Adam bilmir gülsün, yoxsa neyləsin”

10 Oktyabr, 2021
3122

Rəsmi səhifə

"Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir".

"Azərtac"-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib.

 

"Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir. Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neyləsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar. Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib, qırıblar, yandırıblar, Cəbrayılda da, həmçinin, amma burada yox. Ona görə burada təbiət demək olar ki, toxunulmaz qalıb. Bir də ki, burada faktiki olaraq əhali yox idi. Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı. Əhali yox idi. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək.

Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək", - ölkə rəhbəri qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Aclıq, işğal, qətliam: Fələstinin tanınması nəyi dəyişəcək? 

1 Avqust 2025

Foto/kollaj: Toplum TV

Qəzza zolağında humanitar böhran və İsrailin qətliamının davam etdiyi vaxt bir sıra Qərb ölkələri Fələstini dövlət kimi tanıyacaqlarını bəyan ediblər.  Əvvəlcə Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi sentyabrda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq. Ardınca Kanada və Malta liderləri də eyni addımı atacaqlarını deyiblər.  Böyük Britaniya Baş naziri Kir Starmer də oxşar bəyanatla çıxış edib, lakin o, bunu İsrail Qəzzada atəşkəsə razılaşmayacağı halda edəcəyini qeyd edib.  Portuqaliya Baş naziri Luis Monteneqro isə Fələstini dövlət kimi tanımağı ölkə prezidenti və parlamenti ilə müzakirə edəcəyini deyib.  Bəyanatlar ölkələrin İsrailin Qəzzada apardığı müharibə, blokada və yaranan aclıq...
Siyasət

Almaniyalı keçmiş deputata Azərbaycan adından rüşvət vermək ittihamı ilə hökm oxunub 

31 İyul 2025

Foto: Leonie Asendorpf

Almaniyanın Münhen şəhər məhkəməsi keçmiş Bundestaq üzvü Eduard Lintneri Azərbaycan hakimiyyəti adından almaniyalı məmurlara rüşvət vermək ittihamı ilə doqquz ay şərti həbs cəzasına məhkum edib.  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (“OCCRP”) xəbərinə görə, bununla, o, Almaniya tarixində belə bir cinayətdə təqsirli bilinən ilk qanunverici olub. 80 yaşlı Lintner məhkəmədə özünü təqsirli bilməyib və altı ay davam edən proses boyunca özünü “Azərbaycanın dəstəklənməsini şərəfli motivlərlə həyata keçirən qanuni lobbiçi” kimi təqdim edib. Lakin, iyulun 30-da Münhen Ali Regional Məhkəməsi onun digər siyasətçilərə ötürdüyü ödənişlərin əslində rüşvət olduğuna qərar verib. Bundestaqda 33 il deputat olmuş Lintner 2017-ci ildə “OCCRP” və...

Seçilmiş Videolar

Toplum TV loqo