Açıq mənbə
ABŞ prezidenti Donald Tramp və ABŞ ilə İran arasında vasitəçilik edən Pakistanın baş naziri Şahbaz Şərif bəyan ediblər ki, tərəflər sülh sazişi əldə ediblər və razılaşma artıq qüvvəyə minib.
“İntensiv danışıqlardan sonra məmnuniyyətlə elan edirik ki, ABŞ ilə İran arasında sülh sazişi əldə olunub. Hər iki tərəf Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını bəyan edib”, - Ş.Şərif özünün "X" hesabında yazıb.
Rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçiriləcəyi gözlənilir.
Donald Tramp da İranla əldə olunan sazişin qüvvəyə mindiyini təsdiqləyib.
“Bununla Hörmüz boğazının rüsumsuz açılmasına və ABŞ Silahlı Qüvvələri tərəfindən tətbiq edilən dəniz blokadasının dərhal ləğvinə tam icazə verirəm. Dünyanın bütün gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!” - ABŞ prezidenti “Truth Social” platformasında yazıb.
İran Xarici İşlər Nazirliyi də sazişin bağlandığını təsdiqləyib. Dövlət televiziya kanalları İranın “ABŞ-ni sülh müqaviləsi imzalamağa məcbur etdiyini” bildirib.
İranla müharibə fevralın 28-də ABŞ və İsrailin hava zərbələri endirməsi ilə başlayıb
İran da qarşılığında dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə birinin həyata keçdiyi Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. Nəticədə dünya bazarlarında neft və yanacaq qiymətləri artıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”