Siyasət

Müharibə iştirakçıları YAŞAT Fondu qarşısında aksiya ediblər

25 Aprel, 2022
889

sosial media

Aprelin 25-də İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı YAŞAT Fondunun qarşısında etiraz aksiyası keçirib.

“Turan”ın məlumatına görə, onlar Türkiyəyə müalicəyə göndərilən bir qrup veteran müalicə başa çatmadan ölkəyə qaytarılır:

"Onların müalicəsi hələ bitməyib. Niyə bilet alıb Azərbaycana qaytarırlar? Yəqin baxırlar ki, orada xərc çox çıxır, ona görə gətirirlər bura».

Müharibə iştirakçılarından biri bildirib ki, YAŞAT Fondu öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə Prezident Administrasiyasının qarşısına gedəcəklər.

YAŞAT Fondundan bildiriblər ki, bu günə Fondun dəstəyi ilə 167 qazi Türkiyəyə göndərilib: "Hər bir gedən qazimiz mütəxəssisin rəyi əsasında göndərilib. Mütəxəssislərin rəyi bu olub ki, onların müalicəsi yerli səhiyyəmizdə yoxdur».

Fondun məlumatına görə, həmin 167 qazidən 132-si artıq Azərbaycana qayıdıb.

YAŞAT fondu yaralıların müalicəsi başa çatmadan qayıtması ehtimalını istisna edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan hökuməti Əli Əliyevə 5200 avro təzminat ödəməyə razılaşıb 

9 Oktyabr 2026

sosial media

Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, AİHM ötən ay tərəflərin razılığı əsasında şikayəti baxılan işlər siyahısından çıxarsa da, bu barədə qərar oktyabrın 8-də yayılıb.  Razılaşmaya əsasən, Ə.Əliyev şikayətini geri götürüb, hökumət isə öz növbəsində ona mənəvi zərərə görə 4700, hüquqi xərclərə görə 500 avro təzminat ödəməyi öhdəsinə götürüb.  Ə.Əliyev AİHM-ə ərizəsində 2022-ci ildə həbs olunarkən şəxsinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələri üzrə pozuntuların...
Siyasət

Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb 

9 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov məktəblərdə hicablı şagirdlər və müəllimlərə qadağa qoyulmasına etiraz olaraq oktyabrın 8-dən aclıq aksiyasına başlayıb.  Jurnalistin bu barədə ictimaiyyətə müraciətini həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşıb.  P.Aslanov bir neçə gün əvvəl hicab qadağası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət etdiyini xatırladıb.  "Təəssüf ki, keçən müddət ərzində müraciətimə heç bir reaksiya verilmədi, heç bir cavab və münasibət bildirilmədi. ​Sükut və laqeydlik qarşısında susmaq mümkün deyil. ​Mən, şərlənərək həbs olunmuş jurnalist, siyasi məhbus Polad Aslanov — bu gündən [8 oktyabr - red.] etibarən öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan...

Seçilmiş Videolar

Toplum TV loqo