Sosial

II Qarabağ müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə maddi yardımların həcmi açıqlandı

3 Aprel, 2021
1264

Sosial media

“YAŞAT” Fondu indiyə kimi şəhid və itkin ailələrinə ümumilikdə 16 milyon 718 min 386 manat vəsait xərcləyib.

Bu barədə aprelin 3-də “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi” üzrə İşçi Qrupun iclasında məlumat verilib.

Bildirilib ki, vəsait 32 şəhid ailəsi üzvünün, 1 yaralının təhsil xərclərinə, 479 şəhid ailəsi üzvünün, 322 yaralı və 2 itkin ailəsi üzvünün istehlak kreditlərinə, 401 şəhid ailəsi üzvü və 97 yaralının tibbi xərclərinə yönəldilib. 1210 şəhid, 1424 yaralı və 3 itkin ailəsi üzvünün məişət şəraiti yaxşılaşdırılıb.

Mərkəzi Bank və “Azərsığorta” tərəfindən 13264 şəxsə sığorta ödənişi verilib, 1003 şəhidə aid 1720 kredit üzrə 7,9 mln. manatdan artıq məbləğdə borc öhdəliyi tam silinib.

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditinin olduğu müəyyən edilmiş 83 şəhidin 3 484 643 manat kredit öhdəliyi “Həyat Sığortası” üzrə fəaliyyət göstərən 4 şirkət tərəfindən ödənilib. Şəhid ailəsi üzvlərinə aid 286 kredit üzrə 633 min manat borc öhdəliyi tam silinilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo