Siyasət

Nazirlikdən Rəsulzadənin xatirə muzeyi ilə bağlı açıqlama

11 İyun, 2021
2738

Açıq mənbələrdən götürülüb

"Rəsulzadənin xatirə muzeyinin yaradılması ilə bağlı məsələyə baxılacaq". 

Bunu Mədəniyyət Nazirliyi “Toplum TV” mayın 27-də Rəsulzadənin ev muzeyinin açılıb-açılamaması ilə bağlı sorğusuna 2 həftə sonra göndərdiyi cavabda bildirib.
“Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı kompleks islahatlar həyata keçirilməkdədir. Nazirliyin tabeliyindəki muzeylərin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində qaldırılan məsələyə də baxılacaq. 

Eyni zamanda qeyd etməliyik ki, xatirə muzeyinin yerləşməli olduğu ünvanda hazırda mövcud olan evlər şəxsi mülkiyyətdədir”, - nazirliyin açıqlamasında qeyd olunub. 

Təşəbbüs qrupunun üzvü professor Qulu Məhərrəmli isə deyir ki, Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı ziyalılardan təşəbbüs qrupu 2019-cu ildə ölkə başçısına müraciət etsə də, bu məsələ hələ də həllini tapmayıb. 

O deyib ki, Rəsulzadənin vaxtilə yaşadığı binada indi Mədəniyyət Nazirliyinin strukturlarından biri yerləşir: “Taleyin iztehzasıdır ki, həmin qurum mədəniyyət obyektlərinin bərpası işlərinə baxan bir strukturdur. Biz yaşadığı həmin evin ünvanını dəqiqləşdirərək Bakı Şəhər İcra Hakimiyyətinə, daha sonra Mədəniyyət Nazirliyinə, ölkə başçısına və vitse-prezidentə müraciət etmişdik. Amma heç bir nəticə əldə edə bilmədik və mən belə güman edirəm ki, bundan sonra da mümkün olmayacaq. Anlaşılan odur ki, Rəsulzadənin ev muzeyini yaratmaq üçün lazimi iradə yoxdur”. 

M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə isə muzeyin yaradılmasının pandemiyaya görə yubandığını deyir: "Əslində, hələ məlum da deyil ki, muzey harada yaradılacaq".

Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı ziyalılardan təşəbbüs qrupu 2019-cu ilin sonlarında yaradılıb. Həmin vaxt təşəbbüs qrupunun üzvü Q.Məhərrəmli "modern.az"a Rəsulzadənin yaşadığı ev haqqında məlumat  verib.

“Məhəmməd Əmin Rəsulzadə doğulduğu və uşaqlıq illərini keçirdiyi Novxanı kəndindən yeniyetmə vaxtı çıxıb, vətəndəki bütün sonrakı həyatını – həbsinə və mühacirətinə qədər – Bakıda yaşayıb. Jurnalist, siyasi xadim, dövlət adamı kimi “Azərbaycan” qəzeti redaksiyasına, “Müsavat” partiyasının qərargahına, Azərbaycan Parlamentinə indiki “Nizami küçəsi 59” ünvanlı mənzilindən gedib-gəlib. 1920-ci ilin məşum payızında Bakını həmişəlik tərk edərkən də ailəsi ilə sonuncu dəfə həmin ünvanda vidalaşıb”, - deyə o bildirib. 

Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə mühacirətdə - Ankarada vəfat edib və "Əsri" qəbiristanlığında dəfn olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo