Siyasət

Rəsulzadənin ev muzeyi niyə yaradılmır?

28 May, 2021
2798

Açıq mənbələrdən götürülüb

Solmaz Tohidi: “Nazirliklə danışıqları mən aparmışam və indi də aparıram”

“Rəsulzadənin ev muzeyini yaratmaq üçün lazimi iradə yoxdur. İstəsələr, indiyə kimi açardılar”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri Məmməd Əmin Rəsulzadənin Bakıda ev muzeyinin yaradılması  ilə bağlı hakimiyyətə müraciətlərinin nəticəsi barədə danışan professor Qulu Məhərrəmli “Toplum TV”-yə belə deyir.

2019-cu ilin sonlarında M.Ə.Rəsulzadənin ev muzeyinin yaradılması məqsədilə təşəbbüs qrupu təsis edilmişdi. Həmin ilin dekabrında qrup Bakıda Üzeyir Hacıbəyovun ev muzeyində bununla bağlı toplantı da keçirmişdi.

Tədbirdə M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, tarixçilər Solmaz Tohidi və Firdovsiyyə Əhmədova, professor Qulu Məhərrəmli, əməkdar incəsənət xadimi Ramiz Həsənoğlu, aktyor Ramiz Məlik, millət vəkilləri Fazil Mustafa, Sabir Rüstəmxanlı və digər tanınmış elm, sənət xadimləri, Bakıdakı bir sıra ev muzeylərinin rəhbərləri, media və ictimaiyyətin nümayəndələri iştirak etmişdilər.

Tədbirdən il yarım vaxt keçib. Qulu Məhərrəmli deyir ki, təşəbbüs qrupu müvafiq orqanlara dəfələrlə müraciətlər etsə də, nəticə yoxdur: “Təşəbbüs qrupumuzu ictimai birlik halına gətirərək müxtəlif konfranslar keçirdik, müraciətlər ünvanladıq. Hətta Rəsulzadənin vaxtilə yaşadığı evin ünvanını dəqiqləşdirərək Bakı Şəhər İcra Hakimiyyətinə, daha sonra Mədəniyyət Nazirliyinə, ölkə başçısına və vitse-prezidentə müraciət etdik. Amma heç bir nəticə əldə edə bilmədik və mən belə güman edirəm ki, bundan sonra da mümkün olmayacaq. Bütün bunlara görə çox təəssüflənirik”.

Qulu Məhərrəmli - Sosial Media

Professorun sözlərinə görə, vaxtilə Rəsulzadənin yaşadığı binada indi Mədəniyyət Nazirliyinin strukturlarından biri yerləşir.
 
“Taleyin iztehzasıdır ki, həmin qurum mədəniyyət obyektlərinin bərpası işlərinə baxan bir strukturdur. Yəni istəsələr mütləq imkan tapardılar. Amma anlaşılan odur ki, Rəsulzadənin ev muzeyini yaratmaq üçün lazimi iradə yoxdur”.

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə muzeyin yaradılmasının pandemiyaya görə  yubandığını bildirirək başqa məlumat vermək istəməyib.

Tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi 101 nəfərlik "Rəsulzadə - ev muzeyi İctimai Qrupu"nun fəaliyyətini davam etdirdiyini deyir.

“2020-ci il 30-31 yanvar tarixlərində Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr edilmiş "Rəsulzadə irsi - müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində" mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və İrandan gəlmiş 10 nəfər Rəsulzadə irsinin tədqiqatçısı da daxil olmaqla, konfrans iştirakçıları ölkə başçısına və birinci vitse-prezidentə Rəsulzadənin ev muzeyinin açılması ilə bağlı məktub-müraciət ünvanlandı. Konfransda hər ilin yanvar ayının son günlərində "Rəsulzadə qiraətləri" adlı beynəlxalq elmi konfrans keçirmək və nəzərdə tutulan muzey üçün eksponatların yığılması prosesinə başlamaq qərarı alındı”. 

Onun da sözlərinə görə, fəaliyyətlərinin yarımçıq qalmasına səbəb pandemiya olub. Professor ev muzeyinin təşkili ilə bağlı konkret layihə üzərində iş getdiyini, 2022-ci ilin yanvarına başa çatdırlacağını qeyd edir.

Solmaz Rüstəmova-Tohidi - Sputnik

Solmaz Rüstəmova-Tohidi muzeyin yaradılması ilə bağlı Qulu Məhərrəmli kimi bədbin deyil, ancaq deyir ki, bu barədə danışmaq hələ tezdir: “Nazirliklə danışıqları mən aparmışam və bu proses indi də davam edir. Muzey üçün bina seçimi ilə bağlı problemlər  və  digər başqa şərtlər də var. Bunları tam açıqlamaq hələ tezdir”.

İndilik Bakıda Rəsulzadə muzeyi yaradılmasa da, qrupun yaradıcıları ona virtualda ev qurublar. Q.Məhərrəmli  “Rəsulzadə ev muzeyi”nin “Feysbuk” səhifəsinin yaradıldığını, orada müxtəlif paylaşımlar edildiyini, Rəsulzadə ilə bağlı araşdırmalar oaylaşıldığını söyləyir.

“Eyni zamanda, bu işə Türkiyə, Rusiya və Almaniyadan Rəsulzadə irsinin araşdırmaçılarını da cəlb etmişik. Bu gün Rəsulzadənin anıldığı yeganə yer doğulduğu Novxanı kəndində qoyulmuş heykəlidir və insanlar ora üz tuturlar.

Mən arzu edirəm ki, Cümhuriyyət muzeyi təsis edilsin və orada bütün Cümhuriyyət qurucularına, o cümlədən Rəsulzadəyə həsr edilmiş guşələr olsun. Bu bizim tariximizdir və ona hörmətlə yanaşmalıyıq”. 

“Toplum TV” Bakı Şəhər İcra Hakimiyyətindən və Mədəniyyət Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib. Nazirlikdən bildirilib ki, suallara yazılı şəkildə, bayramdan sonra cavab veriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Qardaşı: "Azərbaycan dövləti adından kimlərsə Vüqar Məmmədovu azadlıqdan yox, həyatdan məhrum etməyi planlaşdırıb"

10 Avqust 2026

sosial media

"Hürriyyət TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun müalicəsinin yarımçıq saxlanıldığı bildirilir.  "Hürriyyət TV"-nin məlumatına görə, jurnalist avqustun 8-də Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına qaytarılıb. O, iyulun 23-də müalicə müəssisəsinə yerləşdirilmişdi.  "Halbuki Penitensiar Xidmətin Müalicə Müəssisəsində V.Məmmədovu müayinə edən həkimlər onun angioqrafiya ("anju") olunması və təcili əməliyyata götürülməsi ilə bağlı rəy veriblər. Maraqlıdır ki, müalicə müəssisəsinin rəhbərliyi baş redaktorun müalicəsinin yarımçıq saxlanılaraq yenidən Kürdəxanıya köçürülməsinin onların deyil, “yuxarı”nın qərarı olduğunu bildiriblər", - xəbərdə deyilir.  Qardaşı Cəsur Məmmədov həmin gün sosial media hesabında qardaşının müalicə müəssisəsində saxlanıldığı ilk 10 gündə ciddi müayinə və müalicə almadığını yazıb.  "Bu barədə "yuxarı"lara...
Siyasət

Bəhruz Səmədov: "Məqsəd sağlamlığıma geridönməz zərər vurmaqdır" 

7 Avqust 2026

Sosial media

Həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Fransada yaşayan tarixçi və hökumət tənqidçisi Altay Göyüşova məktub yazıb.  Tarixçinin avqustun 6-da sosial media hesabında ictimailəşdirdiyi məktubda B.Səmədov həbsinin akademik fəaliyyətinə zərbə vurduğunu qeyd edib.  "Təəssüf ki, layihələrim yarımçıq qaldı. Mən sizinlə dövlət anlayışının müqəddəsləşdirilməsi və xalqın ona tabe etdirilməsi kimi məsələləri müzakirə etməyə ümid edirdim. Amma indi özümü burada tapmışam. İnanıram ki, mənə qarşı gözlənilmədən göstərilən bu qəddarlığın səbəbi həm nəzəri yanaşmam, həm də qəti mövqeyimdir. Eyni zamanda, sizin sayənizdə aldığım beynəlxalq dəstək onları daha da qəzəbləndirdi və nəticədə məni ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində həbs cəzası ilə ən...

Seçilmiş Videolar

Toplum TV loqo