Siyasət

Rəsulzadənin gələcəyə mesajını məşhurlar çatdırır

28 May, 2022
1695

Bu gün,mayın 28-i Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur.

104 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Toplum Tv demokratik respublikanın qurucularından olan Məmməd Əmin Rəsulzadənin gələcəyə mesajını məşhurların dilindən təqdim edir.

Flora Kərimova: "Bir daha yüksələn bayraq, bir daha enməz. Və enmədi də. Çünki bizim cavanlarımız, bizim gənclərimiz o bayrağı quran ayəsi kimi sevdi, qorudu və o yolla da gedir indi"

Elnur Astanbəyli: "Mənə görə Rəsulzadənin ən böyük fikri budur ki, dünyada son bir insan azad olmayanadək, bəşəriyyət azad ola bilməz"

Şahbaz Xuduoğlu: "Deyir ki, dirliklərin ən dirisi milli dirilikdir. Milli dirlik o deməkdir ki, dünyadakı insanları sevəsən, onların hüquq və azadlıqlarına hörmət edəsən"

Nailə Balayeva: "Millətlərin əsas əlaməti din deyil. Dil birliyi, tarix birliyi, adət və ənənələrin birliyidir"

Solmaz Tohidi: "Bu gün siz qəlbi azadlıq eşqi ilə sızıldıyan gənclərin qəlbini yarsanız, o bayrağı orda görərsiniz"

Qulu Məhərrəmli: "Mən Gəncliyimizə tövsiyyə edərdim ki, Əsrimizin Siyavuşu əsərini oxusunlar"

Barış Namazov: "Heç bir təhsil, dəyərləri- haqqları unutdurmamalıdır."

İlqar Cahangir: "Tanınmış ideya və şəxsiyyətləri çürütmək qeyrəti ilə meydana atılanlar, bilərək və ya bilmiyərək böyük davanı kiçildənlərdir"

Nəsiman Yaqublu: "“Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz! Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”

Sevda Sulatonova: "“Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo