Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rusca məlumat yayması etiraza səbəb olub.
İyunun 30-da ETSN Kəlbəcərdə tornodo hadisəsinin baş verməsi ilə əlaqədar “Feysbuk” da rusca məlumat yayıb.
Paylaşım etirazla qarşılanıb, bir çoxları nazirliyi dövlət hörmət dilinə hörmətsizlik etməkdə günahlandırıb.
6 saat sonra nazirliyin rəsmi səhifəsində Azərbaycan dilində də eyni məzmunlu məlumat yayılıb. Rus dilindəki əvvəlki açıqlama isə səhifədə saxlanılıb.
Dövlət dili haqqında qanuna görə, Azərbaycanın dövlət dili Azərbaycan dilidir.
Ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.
Həmçinin, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu qanuna uyğun olaraq həyata keçirilir. O cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.
Qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?
Foto/kollaj: Toplum TV
Foto: Armenpress
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb