Foto: Reuters
ABŞ xarici ölkələrdəki səfirliklərinə və konsulluqlarına tələbə vizası müraciətləri üçün görüşlər təyinini dayandırmağı əmr edib.
Dövlət katibi Marko Rubio diplomatik nümayəndəliklərə göndərdiyi sənəddə bu fasilənin "əlavə göstəriş verilənədək" davam edəcəyini bildirib.
Sənədə əsasən, artıq təyin edilmiş görüşlər baş tuta bilər, lakin yeni görüşlər təyin edilə bilməz.
Tapşırıqda, həmçinin, bildirilib ki, tələbə və xarici mübadilə vizaları üçün müraciətçilərin sosial media hesablarının yoxlanışı gücləndiriləcək, lakin yoxlanışda nələrə fikir veriləcəyi açıqlanmayıb.
Bu addım ABŞ Prezidenti Donald Trampın ölkənin ən nüfuzlu universitetlərindən bəziləri ilə mübahisəsi fonunda atılıb. Tramp Harvard və Kolumbiya kimi universitetlərin solçu idealogiyaya çox meyilli olduğunu düşünür. Onun fikrincə, bu universitetlər kampuslarında antisemitizmə şərait yaradır və ayrı-seçkilik xarakterli qəbul siyasətini dəstəkləyir.
O, daha öncə Harvardın xarici tələbə qəbulunu qadağan edib və onun siyasəti ilə uzlaşmayan universitetlərə federal qrant yardımını dayandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Globalinfo
Foto: Laurent Richard
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib