Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Açıq mənbə
Həbsdə olan jurnalist Yaşar Ağazadə saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində iyulun 2-də cərimə kamerasına (“kars”) salınıb.
Bu barədə “Toplum TV”-yə məlumat verən jurnalistin həyat yoldaşı Aygün İsmayıllı deyir ki, Y.Ağazadə artıq 20 gündür buna etiraz olaraq quru aclıq edir.
Onun sözlərinə görə, həyat yoldaşının “kars”a salınmasına səbəb onun Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə yazdığı məktub olub. Y.Ağazadə siyasi məhbus kimi tanınan başqa bir neçə fəalla birlikdə ünvanladığı müraciətdə von der Leyendən Azərbaycan prezidenti ilə görüşdə insan haqları məsələsini qaldırmağı xahiş edib.
A.İsmayıllı iyulun 21-də cəzaçəkmə müəssisəsinə getsə də, ona həyat yoldaşı ilə görüşməyə icazə verilməyib. Onun sözlərinə görə, jurnalistin vəziyyəti yaxşı deyil və hələ də həkim nəzarətinə alınmayıb. O, bununla bağlı Penitensiar Xidmətin qaynar xəttinə və Ombudsman Aparatına müraciət edib.
Bir neçə gün öncə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev də saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı təzyiqlərin artdığını bildirib.
Hacıyevin yaxınlarının “Toplum TV“-yə bildirdiyinə görə, Ursula von der Leyenin Bakıya son səfərindən sonra B.Hacıyevə, mediada və sosial şəbəkələrdə dərc olunan materialların ona çatdırılması qadağan edilib, kitablar verilmir, şəxsi əşyaları yoxa çıxır, şikayətlərinə baxılmır və müəssisə rəhbərliyi tərəfindən fiziki zorakılığa məruz qalır”.
Yaşar Ağazadə 2024-cü ilin aprelində 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası daha 5 ay artırılıb.
O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
sosial media
Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
Apa
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür