Siyasət

Almaniya kansleri: Ukraynaya verilən silahlar üçün artıq məsafə məhdudiyyəti yoxdur

27 May, 2025
119

Foto: Reuters

Qərb ölkələri Ukraynaya verilən silahlarla bağlı tətbiq edilən atəş məsafəsi məhdudiyyətlərini götürüb. 

Bu barədə Almaniya kansleri Fridrix Merts mayın 26-da Almaniya ictimai televiziyasına müsahibəsində deyib. 

"Artıq Ukraynaya təhvil verilmiş silahlarla bağlı heç bir məsafə məhdudiyyəti qalmayıb — nə britaniyalılar, nə fransızlar, nə biz, nə də amerikalılar tərəfindən. Bu o deməkdir ki, Ukrayna, məsələn, Rusiyadakı hərbi mövqelərə hücum edərək özünü müdafiə edə bilər. Bir müddət əvvəl bu mümkün deyildi... İndi isə mümkündür”, - o bildirib. 

Mertsin açıqlamasına münasibət bildirən Kreml sözçüsü Dmitri Peskov məsafə məhdudiyyətlərinin ləğvi qərarının “çox təhlükəli” olduğunu və Ukrayna ilə “siyasi həllə nail olmaq səylərimizə zidd getdiyini” deyib. 

Almaniya ABŞ-dan sonra Ukraynanın ikinci ən böyük silah tədarükçüsüdür. 

Mertsin başçılıq etdiyi hökumət Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin verilib-verilməyəcəyi barədə hələ ki, susqunluq nümayiş etdirir. Mertsin sələfi Olaf Şoltzun hökuməti bu raketləri verməkdən imtina etmişdi, o isə müxalifət lideri kimi raketlərin verilməsini dəstəkləmişdi. 

Hazırkı hökumət, Şoltz administrasiyasından fərqli olaraq, Ukraynaya verilən silahların tam siyahısını açıqlamamaq qərarına gəlib və bunu “strateji qeyri-müəyyənlik” zərurəti ilə əsaslandırıb.

“Taurus” raketlərinin mənzili 500 kilometrə qədərdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

ABŞ səfirliklərə tələbə vizası görüşlərini dayandırmağı tapşırıb

28 May 2025

Foto: Reuters

ABŞ xarici ölkələrdəki səfirliklərinə və konsulluqlarına tələbə vizası müraciətləri üçün görüşlər təyinini dayandırmağı əmr edib.  Dövlət katibi Marko Rubio diplomatik nümayəndəliklərə göndərdiyi sənəddə bu fasilənin "əlavə göstəriş verilənədək" davam edəcəyini bildirib. Sənədə əsasən, artıq təyin edilmiş görüşlər baş tuta bilər, lakin yeni görüşlər təyin edilə bilməz.  Tapşırıqda, həmçinin, bildirilib ki, tələbə və xarici mübadilə vizaları üçün müraciətçilərin sosial media hesablarının yoxlanışı gücləndiriləcək, lakin yoxlanışda nələrə fikir veriləcəyi açıqlanmayıb.  Bu addım ABŞ Prezidenti Donald Trampın ölkənin ən nüfuzlu universitetlərindən bəziləri ilə mübahisəsi fonunda atılıb. Tramp Harvard və Kolumbiya kimi universitetlərin solçu idealogiyaya çox meyilli olduğunu düşünür. Onun fikrincə, bu universitetlər kampuslarında...
Siyasət

Azərbaycan XİN: “Qərbi Azərbaycan insan haqları məsələsidir”

26 May 2025

Foto: president.az

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 26-da Yerevanda beynəlxalq forumda çıxışı zamanı Qərbi Azərbaycan mövzusuna toxunub.  O deyib ki, müasir Ermənistan Respublikası ərazisində Qərbi Azərbaycan ola bilməz.  Paşinyan bunu ATƏT-in Minsk qrupunun buraxılması mövzusu çərçivəsində deyib.  O bildirib ki, ölkəsi Minsk qrupunun buraxılmasına razıdır, lakin əmin olmalıdır ki, Azərbaycan da “situasiyanı oxşar şəkildə oxuyur”.  “Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti öz ərazisindəki münaqişəli vəziyyəti bağlamaq və bunu Ermənistan ərazisinə ixrac etmək deyil. Niyə bunu deyirik? Bildiyiniz kimi, son illərdə təəssüf ki, Azərbaycan Ermənistanın suveren ərazisinin təxminən 60%-ni “Qərbi Azərbaycan” adlandırmağa başlayıb. Bu məsələdə mövqeyimizi dəfələrlə bildirmişik ki, Ermənistanın suveren...

Seçilmiş Videolar

Toplum TV loqo