Ölkə

Əli Kərimli: “Mühafizəçimə 13 saat qolu qandallı işgəncə veriblər”

27 May, 2025
114

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ictimai əsaslarla mühafizəçisi işləmiş Novruz Tağıyevin polis tərəfindən saxlanıldığı gün 13 saat işgəncəyə məruz qaldığını bildirib. 

Kərimli “Facebook” səhifəsində yazıb ki, Tağıyev mayın 20-də uşağını məktəbdən götürən zaman 4 nəfər mülki geyimli polis tərəfindən saxlanılıb və avtomobildə 9 saat, qolları qandallı vəziyyətdə Bakı şəhəri ərazisində gəzdirilib. 

Tağıyevin vəkili Nemət Kərimli bildirib ki, həmin gün axşam saat 20:00 radələrində müvəkkili Yasamal Rayon Polis İdarəsinə aparılıb və burada onu gecə saat 12-yə qədər saxlayıblar. 

Vəkilin dediyinə görə, ev alqı-satqısı işlərində vasitəçi kimi işləyən Tağıyevdən Nicat adlı bir şəxs şikayət edib. 

“Novruz Nicata ev tapmaqda kömək edib və ondan 1,000 manat beh qəbul edib, onun da bir hissəsini ev sahibinə verib. Sonra bir gün Nicat qaynı kimi təqdim etdiyi şəxslə birlikdə Novruzun işlədiyi ofisə gəlib, ona ətir və bir bağlama pul vermək istəyib. Novruz pulu qəbul etməyib, ətir də stolun üstündə qalıb. Polis də deyir ki, Nicat 71,000 manat pulunun dələduzluqla oğurlanması haqda polisə şikayət edib”, - N.Kərimli deyib. 

Əli Kərimli mühafizəçisinə qarşı ittihamı “qurama, həyasız, məqsədli üzədurma” adlandırıb: “İndiki zamanda hansı ev alan şəxs evin pulunu ev sahibinə yox, “maklerə”, həm də rəsmiləşdirilmədən və notarial təsdiqsiz verir?”.

“Novruz bəy əqidəli cəbhəçi olmaqla yanaşı, həm də çox dürüst və ləyaqətli adamdır. Pul, maddiyyat onun gözündə deyil. Pul dalınca gedən adam olsaydı, mənim yanımda olmazdı. Ölkədə pulun kimlərdə olduğunu hamı kimi, Novruz bəy də bilir. O, möhkəm adamdır, həbsi də çoxdan gözə almışdı. Şərin ətrafımızda dövrə vurduğunu o da görürdü. Hətta mən ona yanımda olmamağı da demişdim ki, bəlkə həbsdən yayına bilə. Ancaq Novruz bəy yolundan, mübarizəsindən dönmədi. Təhlükənin üzərinə gözüaçıq getdi. Təəssüf ki, onunla birlikdə indi ailəsi də böyük məhrumiyyətə düçar olub. Novruz bəyin 2 məktəbli övladı var, kirayədə yaşayır. Ailənin düçar olduğu məhrumiyyəti düşünün və bir daha bilin ki, dünyanın ən insafsız, ədalətsiz rejimlərindən birilə mübarizə düşüb bizim bəxtimizə”,- AXCP sədri vurğulayıb.

Tağıyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb və barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

Mayın 20-də, həmçinin, Ə.Kərimliyə ictimai əsaslarla sürücülük etmiş Rəşad Əliyev 25 sutka inzibati qaydada həbs olunub. 

Bundan əvvəl, aprelin 1-də Kərimlinin ictimai əsaslarla işləyən sürücüsü Zaur Rzalı inzibati qaydada həbs olunub. Mayın 5-də isə partiya sədrini maşını ilə tədbirlərə aparmış Asam Əli və mühafizəçisi Kənan İsmayıl da 30 sutka həbs olunublar. 

Onun digər mühafizəçisi Niyaməddin Əhmədov isə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə martda bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər.
AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

“Gənc Qazilər” fəaliyyətini dayandırıb

28 May 2025

Foto: Sosial media

“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb.  Bu barədə mayın 28-də birliyin “Facebook” səhifəsində bəyanat verilib.  Bəyanatda “son dövrlər yaranmış bir sıra obyektiv və subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlılığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq” birliyin fəaliyyətinin dayandırılmasının qərara alındığı deyilib.  “İctimai Birlikdə təmsil olunan üzvlər bundan sonra da dövlətimizin yanında olacaq, qazilərimizin hüquq və maraqlarının bundan sonra daha şəffaf, məqsədyönlü və ədalətli platformalar üzərindən müdafiə olunacağına inanırıq”, - bəyanatda qeyd olunub. Birlik dünən yayımladığı digər bəyanatda isə hazırda həbsdə olan Hacı Vəliyevin sədr vəzifəsindən istefa verdiyini açıqlamışdı.  Hacı Vəliyev martın 31-də Bakı...
Ölkə

Xalq Cümhuriyyətinin yaranmasından 107 il keçir

28 May 2025

Foto: BBC News Azərbaycanca

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasından 107 il keçir.  AXC 28 may 1918-ci ildə Tbilisidə elan olunub. Bu, Şərqdə ilk demokratik respublika quruluşu kimi tarixə düşüb.  Cümhuriyyətin yaradılması Çar Rusiyasının süqutu və bölgədə yaranan siyasi boşluq şəraitində baş verdi. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqının suverenliyi və dövlət müstəqilliyi rəsmən elan olundu.  Fətəli xan Xoyski başda olmaqla, ilk hökumət quruldu. AXC hüquqi dövlət quruculuğu, təhsil islahatları, qadınlara seçki hüququnun verilməsi və milli ordu yaradılması sahələrində addımlar atdı. Lakin AXC daxili siyasi çətinliklər, iqtisadi böhran və xarici təzyiqlərlə üzləşdi. 1918-ci ilin sonlarında Bakı AXC-nin paytaxtı elan edilsə...

Seçilmiş Videolar

Toplum TV loqo