Foto: AP Photo
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan bəri azı 206 ukraynalı hərbçi Rusiya əsirliyində həlak olub.
Bu barədə “The Associated Press" (AP) Ukrayna Baş Prokurorluğunun məlumatlarına istinadən xəbər verir.
İnsan haqları qrupları, BMT, Ukrayna hökuməti və məhkəmə-tibb ekspertinin fikrincə, Rusiya həbsxanalarındakı qəddar rəftar ölüm səbəblərinin əsasını təşkil edib.
AP mənbələri bildiriblər ki, ölümün səbəbini müəyyən etmək həmişə mümkün olmur, çünki bəzi hallarda qurbanların daxili orqanları çıxarılmış olur, bəzi hallarda isə qançırlar və xəsarətlər gizlədilir.
Ukraynanın Hərbi Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahının sözçüsü Petro Yatsenko bildirib ki, Rusiya “cəsədləri heç nə müəyyən edilə bilməyən vəziyyətə çatana qədər saxlayır”.
Ukrayna rəsmiləri hesab edir ki, Rusiya məhbusların ölümünün əsl səbəblərini gizlətməyə çalışır.
BMT-nin ötənilki hesabatında deyilir ki, azad edilmiş ukraynalı hərbi əsirlərin 95%-i həbsdə “sistematik” işgəncələrə məruz qalıb.
Onlar döyülmə, toka verilmə, boğulma, cinsi zorakılıq, yuxudan məhrumetmə kimi zorakılıqlardan danışıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Georgia Today
Foto: AP
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib