sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin fəalı Anar Hüseynov (Ərkivan) inzibati qaydada həbs olunub.
Bu barədə partiya fəalı Ceyhun Novruzov məlumat yayıb. Onun sözlərinə görə, A.Ərkivana 20 sutka müddətinə həbs cəzası verilib.
AXCP üzvləri A.Ərkivanın saxlanması barədə oktyabrın 6-da məlumat yaymışdı. Məlumata görə, fəal yaşadığı evdən zibil atmaq üçün çıxarkən 4-5 mülki geyimli şəxs tərəfindən saxlanılıb.
Anar Ərkivan bu il müxtəlif vaxtlarda iki dəfə polisə müqavimət və xırda xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilib. AXCP həmin həbslərin siyasi motivli olduğunu bildirib.
Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir.
Həbs olunanlar ittihamları rədd edir və həbslərinin siyasi fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.
Hüquq müdafiəçilərinin hesablamasına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus hesab edilən şəxs var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa Məhkəməsi Elmar Vəliyevdən yazan jurnalistə qarşı hüquq pozuntularını tanıyıb
Toplum TV
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”