Siyasət

Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb 

9 Oktyabr, 2026
38

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov məktəblərdə hicablı şagirdlər və müəllimlərə qadağa qoyulmasına etiraz olaraq oktyabrın 8-dən aclıq aksiyasına başlayıb. 

Jurnalistin bu barədə ictimaiyyətə müraciətini həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşıb. 

P.Aslanov bir neçə gün əvvəl hicab qadağası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət etdiyini xatırladıb. 

"Təəssüf ki, keçən müddət ərzində müraciətimə heç bir reaksiya verilmədi, heç bir cavab və münasibət bildirilmədi. ​Sükut və laqeydlik qarşısında susmaq mümkün deyil.
​Mən, şərlənərək həbs olunmuş jurnalist, siyasi məhbus Polad Aslanov — bu gündən [8 oktyabr - red.] etibarən öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan bütün hicablı şagirdlərin, eyni zamanda təhsillə hicab geyinmək arasında seçim etmək məcburiyyətində qoyulan bütün hicablı müəllimlərimizin, ana və bacılarımızın hüquqlarının müdafiəsi üçün həbsxana divarları arasında, dəmir barmaqlıqlar arxasında etiraz əlaməti olaraq aclıq aksiyasına başladığımı bəyan edirəm", - o qeyd edib. 

P.Aslanov qadağanın konstitusiyanın 48-ci (vicdan azadlığı) maddəsinə zidd olduğunu əlavə edib. 

Azərbaycanda son günlərdə ölkəboyu dövlət ümumi təhsil məktəblərində hicablı şagirdlərin dərsə buraxılmadığı bildirilir. Eyni zamanda, hicablı müəllimlər hicablarını açmaları və ya işdən çıxmaları ilə bağlı seçim qarşısında qoyulduqlarını deyir. 

Məlumata görə, məktəb rəhbərlikləri qadağanı tətbiq edərkən Nazirlər Kabinetinin sentyabrın 21-də şagirdlər, oktyabrın 6-da isə müəllimlər üçün qəbul etdiyi geyim qaydalarına istinad edir. 

Həmin qaydalarda hicabın qadağan olunduğu yazılmasa da, geyim formalarının dünyəvilik prinsipinə uyğun olmalı olduğu qeyd olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan hökuməti Əli Əliyevə 5200 avro təzminat ödəməyə razılaşıb 

9 Oktyabr 2026

sosial media

Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, AİHM ötən ay tərəflərin razılığı əsasında şikayəti baxılan işlər siyahısından çıxarsa da, bu barədə qərar oktyabrın 8-də yayılıb.  Razılaşmaya əsasən, Ə.Əliyev şikayətini geri götürüb, hökumət isə öz növbəsində ona mənəvi zərərə görə 4700, hüquqi xərclərə görə 500 avro təzminat ödəməyi öhdəsinə götürüb.  Ə.Əliyev AİHM-ə ərizəsində 2022-ci ildə həbs olunarkən şəxsinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələri üzrə pozuntuların...
Siyasət

Avropa Məhkəməsi Rauf Mirqədirova qarşı hüquq pozuntusunu tanıyıb 

9 Oktyabr 2026

sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azərbaycanlı jurnalist və siyasi şərhçi Rauf Mirqədirovun şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 6-da verilən qərarda jurnalistə qarşı hüquq pozuntusu tanınıb və təzminat təyin olunub.  2014-cü ildə Türkiyədən Azərbaycana deportasiya olunan və dövlətə xəyanət ittihamı ilə həbs olunan R.Mirqədirov AİHM-ə ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməməyindən şikayət edib. O, yerli məhkəmələrin qərarlarının lazımi qaydada əsaslandırılmadığını və etiraz və vəsatətlərinin yetərincə araşdırılmadığını bildirib.  Avropa Məhkəməsi qərarında qeyd edib ki, yerli məhkəmələr ərizəçinin arqumentlərini dinləməyib və heç bir əsaslandırma təqdim etmədən ekspertiza rəylərini ərizəçinin...

Seçilmiş Videolar

Toplum TV loqo