Siyasət

Azərbaycan hökuməti Əli Əliyevə 5200 avro təzminat ödəməyə razılaşıb 

9 Oktyabr, 2026
32

sosial media

Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, AİHM ötən ay tərəflərin razılığı əsasında şikayəti baxılan işlər siyahısından çıxarsa da, bu barədə qərar oktyabrın 8-də yayılıb. 

Razılaşmaya əsasən, Ə.Əliyev şikayətini geri götürüb, hökumət isə öz növbəsində ona mənəvi zərərə görə 4700, hüquqi xərclərə görə 500 avro təzminat ödəməyi öhdəsinə götürüb. 

Ə.Əliyev AİHM-ə ərizəsində 2022-ci ildə həbs olunarkən şəxsinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələri üzrə pozuntuların tanınmasını istəmişdi. 

Həmin vaxt o, əvvəlcə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə 6 aylıq azadlıqdan məhrum edilmişdi. Sonradan isə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun iddiası əsasında onun barəsində yeni hökm çıxarılıb və bu dəfə 148-ci (təhqir) maddə ilə həbs cəzası daha 6 ay uzadılıb. Bir müddət sonra - Bakı İstintaq Təcridxanasında saxlanılarkən siyasətçiyə qarşı növbəti dəfə cinayət işi başlanıb. Bu dəfə o, kamera yoldaşına mübahisə zəminində xəsarət yetirməkdə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Ə.Əliyev bu ittihamların heç birini qəbul etməyərək siyasi sifarişlə həbs olunduğunu bildirib. 

2023-cü il mayın 8-də o, prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Təxminən ay yarım sonra isə sədrlik etdiyi Vətəndaş və İnkişaf Partiyası fəaliyyətini dayandırması barədə bəyanat yayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb 

9 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov məktəblərdə hicablı şagirdlər və müəllimlərə qadağa qoyulmasına etiraz olaraq oktyabrın 8-dən aclıq aksiyasına başlayıb.  Jurnalistin bu barədə ictimaiyyətə müraciətini həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşıb.  P.Aslanov bir neçə gün əvvəl hicab qadağası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət etdiyini xatırladıb.  "Təəssüf ki, keçən müddət ərzində müraciətimə heç bir reaksiya verilmədi, heç bir cavab və münasibət bildirilmədi. ​Sükut və laqeydlik qarşısında susmaq mümkün deyil. ​Mən, şərlənərək həbs olunmuş jurnalist, siyasi məhbus Polad Aslanov — bu gündən [8 oktyabr - red.] etibarən öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan...
Siyasət

Avropa Məhkəməsi Rauf Mirqədirova qarşı hüquq pozuntusunu tanıyıb 

9 Oktyabr 2026

sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azərbaycanlı jurnalist və siyasi şərhçi Rauf Mirqədirovun şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 6-da verilən qərarda jurnalistə qarşı hüquq pozuntusu tanınıb və təzminat təyin olunub.  2014-cü ildə Türkiyədən Azərbaycana deportasiya olunan və dövlətə xəyanət ittihamı ilə həbs olunan R.Mirqədirov AİHM-ə ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməməyindən şikayət edib. O, yerli məhkəmələrin qərarlarının lazımi qaydada əsaslandırılmadığını və etiraz və vəsatətlərinin yetərincə araşdırılmadığını bildirib.  Avropa Məhkəməsi qərarında qeyd edib ki, yerli məhkəmələr ərizəçinin arqumentlərini dinləməyib və heç bir əsaslandırma təqdim etmədən ekspertiza rəylərini ərizəçinin...

Seçilmiş Videolar

Toplum TV loqo