Foto: president.az
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 26-da Yerevanda beynəlxalq forumda çıxışı zamanı Qərbi Azərbaycan mövzusuna toxunub.
O deyib ki, müasir Ermənistan Respublikası ərazisində Qərbi Azərbaycan ola bilməz.
Paşinyan bunu ATƏT-in Minsk qrupunun buraxılması mövzusu çərçivəsində deyib.
O bildirib ki, ölkəsi Minsk qrupunun buraxılmasına razıdır, lakin əmin olmalıdır ki, Azərbaycan da “situasiyanı oxşar şəkildə oxuyur”.
“Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti öz ərazisindəki münaqişəli vəziyyəti bağlamaq və bunu Ermənistan ərazisinə ixrac etmək deyil. Niyə bunu deyirik? Bildiyiniz kimi, son illərdə təəssüf ki, Azərbaycan Ermənistanın suveren ərazisinin təxminən 60%-ni “Qərbi Azərbaycan” adlandırmağa başlayıb. Bu məsələdə mövqeyimizi dəfələrlə bildirmişik ki, Ermənistanın suveren ərazisində “Qərbi Azərbaycan” ola bilməz”, - baş nazir deyib.
Paşinyana cavab verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, baş nazirin açıqlaması Ermənistanın “sülhə sadiqliyi ilə bağlı suallar doğurur”.
“Minsk Qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır. Minsk Qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib. Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır”, - o deyib.
Hacızadə Paşinyanın Azərbaycanın münaqişəni Ermənistanın suveren ərazisinə keçirməklə bağlı iddiasını “tamamilə manipulyasiya” adlandırıb.
“Ermənistan belə bir mövqe ilə münaqişənin bitmədiyinə və Minsk Qrupunun saxlanılmalı olduğuna işarə edir”, - o əlavə edib.
Hacızadə Paşinyanın Qərbi Azərbaycanla bağlı fikirlərinin də təhrif olunduğunu bildirib.
“Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır.”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Almaniya kansleri: Ukraynaya verilən silahlar üçün artıq məsafə məhdudiyyəti yoxdur
Foto: Reuters
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib