Siyasət

Tramp Norveçin maliyyə nazirinə zəng edərək Nobel istəyib

15 Avqust, 2025
34

Foto: Reuters

ABŞ prezidenti Donald Tramp Norveçin maliyyə naziri və keçmiş NATO baş katibi Cens Stoltenberqə zəng edərək Nobel Sülh Mükafatı istəyib. 

Norveç mətbuatının xəbərinə görə, telefon zəngi ötən ay, Stoltenberq Oslo küçələrində gəzdiyi vaxt baş tutub. 

Zəngdə Trampın, həmçinin, tarifləri müzakirə etdiyi bildirilir. 

“Reuters” agentliyinə açıqlama verən nazir zəngdə tariflər və iqtisadi əməkdaşlığın müzakirə olunduğunu, lakin əlavə detallar verə bilməyəcəyini deyib. 

Tramp artıq bir neçə dəfə ictimai şəkildə Nobel Sülh Mükafatı almaq istəyini dilə gətirib. 

O, iyunda “Truth Social” sosial şəbəkəsində dünyada sülh üçün nə qədər çalışmasından asılı olmayaraq mükafatı almayacağından gileylənib. 

“Xeyr, nə etsəm də – istər Rusiya-Ukrayna, istərsə də İsrail-İran məsələsində, nəticəsi nə olursa-olsun – Nobel Sülh Mükafatı almayacağam. Amma xalq bilir və bu, mənim üçün ən vacib olan şeydir”, - o yazıb. 

Avqustun 8-də Trampın iştirakı ilə Ermənistan baş naziri Nikol Paşinyanla Ağ Evdə sülh sənədləri imzalayan Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinin mükafata layiq olduğunu deyib. 

“Cənab Tramp 6 ay ərzində həm Asiyada, həm Afrikada, indi də Cənubi Qafqazda sülhə nail olub. Ondan başqa kim Nobel Sülh Mükafatına layiq ola bilər?”, - deyə o sual edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Overçuk: "Tramp marşrutu" Ermənistan üçün yaxşıdırsa, biz də dəstəkləyirik 

15 Avqust 2025

Foto: Alexander Astafyev/POOL/TASS

Rusiya baş nazirinin müavini Aleksey Overçuk avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında razılaşdırılan "Tramp marşrutu"nu ölkəsinin dəstəklədiyini deyib.  "Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün yaxşı olduğuna inanırsa, təbii ki, biz də onu dəstəkləyirik", - Overçuk deyib. Buna baxmayaraq, o əlavə edib ki, tərəflərlə "aydınlaşdırılmalı olan bəzi nüanslar" var.  Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqton görüşü ilə bağlı şərhində xatırladıb ki, Ermənistanın İranla sərhədi hələ də Rusiya sərhədçiləri tərəfindən qorunur.  “Vaşinqtonun regional kommunikasiya xətlərinin bərpasına dair açıqlamalarını diqqətlə qiymətləndirəcəyik. Rusiya ilə əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır, çünki...
Siyasət

Ermənistan rəsmisi: ABŞ və Ermənistan “Tramp marşrutu”ndan məsul şirkətin səhmlərini bölüşəcək 

15 Avqust 2025

Foto: president.az

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İranın “IRNA” agentliyinə müsahibəsində “Tramp marşrutu"ndan məsul olacaq şirkətin səhmlərinin Ermənistan və ABŞ tərəfindən bölüşdürüləcəyini deyib.  O əlavə edib ki, sözügedən şirkət Ermənistanda qeydiyyatdan keçəcək.  Nazir müavini şirkətin konkret hansı işlərdən məsul olacağını açıqlamayıb.  “Amma bu, regionda Amerika təhlükəsizlik qüvvələrinin mövcudluğu demək deyil. Biz başa düşürük ki, bu, İran tərəfinin əsas narahatlıqlarından biridir və mənim fikrimcə, bu məsələ artıq həll olunub”, - Kostanyan vurğulayıb.  Nazir müavini 12-13 avqust tarixlərində İrana səfər edib və İran xarici işlər naziri Seyid Abbas Ərağçı, İran Ali Liderinin xarici siyasət üzrə müşavirləri Kamal Xərrəzi və Əli Əkbər Vilayəti...

Seçilmiş Videolar

Toplum TV loqo