Foto: Bloomberg
İspaniya hökuməti ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləmədiyini bəyan edib. Baş nazir Pedro Sançes martın 4-də çıxışında bildirib ki, Madridin mövqeyi qətidir və “müharibəyə yox” prinsipinə əsaslanır. O, münaqişənin daha da genişlənməsi riskinə qarşı xəbərdarlıq edib.
Bir gün əvvəl ABŞ prezidenti Donald Trump İspaniyanı İrana qarşı əməliyyatı dəstəkləməkdən imtinaya görə tənqid etmişdi. İspaniya hökuməti isə daha əvvəl ABŞ və İsrailin İrana endirdiyi zərbələri “məsuliyyətsiz və qanunsuz” adlandıraraq, ABŞ təyyarələrinin əməliyyat üçün ölkənin cənubundakı dəniz və hava bazalarından istifadəsinə icazə vermədiyini açıqlamışdı.
Tramp Madridin mövqeyi ilə əlaqədar maliyyə nazirinə İspaniya ilə ticarət münasibətlərinin dayandırılması məsələsini nəzərdən keçirməyi tapşırdığını bildirib.
Sançes çıxışında qeyd edib ki, qlobal problemlər hərbi müdaxilə yolu ilə həll edilə bilməz. Onun sözlərinə görə, tarix göstərir ki, genişmiqyaslı münaqişələr gözlənilməz və ağır nəticələrə səbəb olur. Baş nazir İraq müharibəsinin nəticələrini xatırladaraq, terrorizmin artımı və enerji bazarındakı dalğalanmaları nümunə göstərib. O bildirib ki, İrana qarşı hücumların da nəticələrinin necə olacağı qeyri-müəyyəndir və bunun daha sabit beynəlxalq nizam yaradacağına təminat yoxdur.
ABŞ prezidenti martın 3-də Böyük Britaniyanın da ilkin zərbələr üçün bazalarından istifadəyə icazə verməməsindən narazılığını ifadə etmişdi. Lakin Böyük Britaniyanın baş naziri Kir Starmer daha sonra ölkə bazalarından məhdud istifadəyə razılıq verib.
Fevralın 28-də ABŞ və İsrail İrana havadan zərbələr endirməyə başlayıb. ABŞ prezidenti Donald Tramp hücumun başlamasını elan etdiyi çıxışında iranlıları hakimiyyəti ələ keçirməyə çağırıb.
İranın Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, hücumlar nəticəsində İranda 1000-dən insan həlak olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: şəxsi arxiv
Hüseyn Abdullayev Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib