Siyasət

Bəhruz Səmədov: "Göz müayinəsi üçün hələ də həkim göndərilmir" 

30 İyul, 2026
22

Sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov gözündəki problemə baxmayaraq hələ də müayinədən keçmədiyini deyir. 

Bu barədə ictimai fəal Əmrah Təhməzov "Toplum TV"-yə məlumat verib. 

Onun sözlərinə görə, 10 gün əvvəl B.Səmədovun uzun müddət əvvəlki çağırışına cavab olaraq müayinə üçün dəri həkimi göndərilib. 

"Ekzema adlı dəri xəstəliyindən də əziyyət çəkir. Lakin gözündəki problemlə bağlı da daha öncə həkim istəsə də, hələ də təmin olunmayıb. Dəri həkimi deyib ki, 1-2 günə göz həkimi də gələcək. Lakin hələ də göndərilməyib", - o qeyd edib. 

B.Səmədov bununla bağlı Ombudsman Aparatına şikayət etdiyini, hələ də cavab almadığını bildirib. 

İyulun 9-da sülh fəalı görmə qabiliyyətində zəifləmə olduğu barədə məlumatı ictimailəşdirmişdi. Onun sözlərinə görə, gözləri daim uzağa baxmalıdır, lakin qapalı yerdə saxlanıldığına görə ancaq göyə baxa bilir.

B.Səmədov əvvəllər də saxlanma şəraitinin pisliyindən və tibbi xidmətlərə çıxış imkanının məhdudluğundan şikayət edib. O, yetərincə Günəş şüası qəbul etmədiyinə görə dərisində ekzema xəstəliyinin gücləndiyini bildirib. 

Ötən il dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin qərarı ilə B.Səmədov 1 il müddətinə qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülüb.

Mayın 21-də Ali Məhkəmə onun qapalı rejimli həbsxanaya köçürülməsindən verdiyi şikayəti təmin etməyib. 

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Özü isə ittihamı qəbul etmir, hakimiyyətin sifarişi ilə cəzalandırıldığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

HRW: “Bu, müstəqil mediaya qarşı repressiyalar başlayandan bəri çıxarılan ən ağır hökmdür”

30 İyul 2026

Açıq mənbə

“2026-cı il iyulun 27-də Azərbaycan məhkəməsi doqquz media əməkdaşı və vətəndaş cəmiyyəti fəalını 12 ildən 15 ilədək azadlıqdan məhrum edib. Bu, hökumətin müstəqil mediaya qarşı davam edən repressiyalarına başladığı vaxtdan bəri çıxarılan ən ağır cəzalardır. “Human Rights Watch” (HRW) insan haqları təşkilatının “Toplum TV işi” üzrə çıxarılmış hökmlərlə bağlı açıqlamasında belə deyilir. Təşkilat qeyd edir ki, bu, 2025-ci ilin iyununda “Abzas Media işi” üzrə jurnalistlərə verilən 7 il 6 aydan 9 ilədək həbs cəzalarını da geridə qoyur. HRW xatırladır ki, hakimiyyət əvvəlcə doqquz nəfəri qaçaqmalçılıqda ittiham edib, daha sonra isə onlara digər maliyyə xarakterli ittihamlar da əlavə olunub. “Təqsirləndirilən şəxslərin...
Siyasət

RSF "Toplum TV işi" hökmü barədə: “Bu hökmlər ağır və biabırçı xarakter daşıyır” 

28 İyul 2026

Açıq mənbə

"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuat azadlığı təşkilatı (RSF) "Toplum TV işi" üzrə verilən məhkəmə hökmü haqda bəyanat yayıb.  RSF hökmü qınayıb və həbs olunmuş şəxslərin dərhal azad olunmasına çağırıb.  "Bu ədalətsiz qərar Azərbaycan məhkəmə sisteminin prezident İlham Əliyev tərəfindən son müstəqil media orqanlarını susdurmaq məqsədilə öz nəzarəti altına alındığını nümayiş etdirir.  14 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan bu hökmlər son dərəcə ağır və biabırçı xarakter daşıyır və ləğv edilməlidir. Sərhədsiz Reportyorlar bu jurnalistlərin, eləcə də əsassız və özbaşına qaydada saxlanılan bütün media həmkarlarının dərhal azadlığa buraxılmasına çağırır. Onlar heç vaxt həbs olunmamalı idilər", - bəyanatda deyilir.  İyulun 27-də Bakı Ağır...

Seçilmiş Videolar

Toplum TV loqo