Foto: Reuters
Çin İkinci Dünya Müharibəsində Yaponiya üzərində qələbənin 80 illiyini "tarixində ən böyük" adlandırdığı hərbi paradla qeyd edib.
Pekinin Tiananmen meydanında baş tutan paradı Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen İn, Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla 20-dən çox ölkə başçısı izləyib.
Paraddan öncə çıxış edən Çin lideri Sin Cinpin ölkəsinin "yüksəlişinin qarşısıalınmaz" olduğunu və "tarixin düzgün tərəfində" olduqlarını deyib.
Saat yarım davam edən paradda bir çoxu ilk dəfə açıq nümayiş etdirilən raketlər, qırıcı təyyarələr və digər hərbi texnikalar göstərilib.
Tədbirdə Çin əsgərləri ritmlə addımlayaraq yürüş edib. Ardınca Cinpin meydan boyunca qara limuzində qoşunların qarşısından keçib. O, avtomobilin lyukundan ayağa qalxaraq hərbçiləri salamlayıb.
ABŞ prezidenti Donald Tramp paradla bağlı "Truth Social" şəbəkəsində Cinpinin Putin və Çen İnlə birlikdə ölkəsinə qarşı "gizli plan qurduğunu" iddia edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?
Foto/kollaj: Toplum TV
Foto: Armenpress
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb