CPJ: "Azərbaycandan olan media qurumlarının sosial media hesablarının bloklanmasından narahatıq"
sosial media
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) beynəlxalq mətbuat azadlığı təşkilatı Azərbaycandan olan mühacir media qurumlarının sosial media hesablarının bloklanması barədə bəyanat yayıb.
"CPJ Azərbaycandan olan aparıcı mühacir media qurumlarının - "Abzas Media", "Toplum TV" və “Azadlıq” qəzetinin "Instagram" və ya "Facebook" hesablarının "Meta" tərəfindən bloklanmasına səbəb olan zərərli və koordinasiyalı müəllif hüquqları şikayətləri dalğasından narahatdır", - bəyanatda deyilir.
"Bu hücumlar qonşu Qazaxıstan, Özbəkistan və Gürcüstanda mediaya qarşı edilən oxşar saxta müəllif hüquqları şikayətləri dalğasının ardınca baş verib və bir daha göstərir ki, avtoritar ölkələrdə mətbuatı susdurmaq üçün məzmun moderasiyası mexanizmlərindən artan sui-istifadənin qarşısının alınması sosial media platformları üçün təcili məsələdir", - təşkilat əlavə edib.
Bu yaxınlarda "Toplum TV" də daxil olmaqla bir sıra müstəqil media orqanlarının sosial media hesabları müəllif hüquqları iddiası ilə "Meta" tərəfindən bloklanıb.
Media orqanları birgə bəyanat yayaraq bunu hakimiyyətin sifarişi adlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Qaradağ İH-də rüşvət almaqda təqsirləndirilən vəzifəlilərdən biri həbs, ikisi cərimə edilib
Toplum TV
NEMO "Meta"nı Azərbaycandan olan müstəqil media orqanlarının şikayətlərini araşdırmağa çağırıb
Toplum TV
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib