Siyasət

Qaradağ İH-də rüşvət almaqda təqsirləndirilən vəzifəlilərdən biri həbs, ikisi cərimə edilib

2 Sentyabr, 2026
82

Toplum TV

Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi üzrə hökm çıxarılıb.
APA-nın yaydığı məlumata görə, sentyabrın 2-də Qaradağ Rayon Məhkəməsinin hökmü ilə rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra etmiş Qafar Abdullayev 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, həmçinin 2 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrum olunub.
İş üzrə digər təqsirləndirilənlər İsa Şəmsəliyev 10 min, Rəşad Nadirli isə 9 min 500 manat cərimələnib. Onların da 2 il müddətinə dövlət orqanlarında vəzifə tutması qadağan edilib.

Bundan əvvəl Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov da eyni iş üzrə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O da 2 il müddətinə dövlət orqanlarında vəzifə tuta bilməyəcək.

Cinayət işi 2025-ci ilin noyabrında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan sonra başlanıb.

Baş Prokurorluğun həmin vaxt yaydığı məlumata görə, Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəisinin müavini Zülfüqar Mansurovun Qaradağ rayonunda torpaq sahələrinin rəsmiləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması müqabilində ayrı-ayrı şəxslərdən rüşvət aldıqlarına dair əsaslı şübhələr müəyyən edilib.

Onlara Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən və külli miqdarda rüşvət alma ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo