Foto: açıq mənbə
Milli Məclisin üzvü Fazil Mustafaya qarşı 2023-cü ildə baş vermiş sui-qəsd cəhdi ilə bağlı daha bir nəfərə hökm oxunub.
Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə Əbülfəz Səricanov 10 il azadlıqdan məhrum edilib.
Bu barədə onun yaxınları məlumat yayıb.
Ə.Səricanov Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham olunub. Özü isə ittihamla razılaşmır.
F.Mustafa 2023-cü il martın 28-də Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.
Hadisədən sonra beş nəfər həbs olunub. İttiham aktında iddia olunur ki, sui-qəsd planı İrandan sifariş olunub və buna görə icraçılara 30 min ABŞ dolları pul göndərilib.
Cinayətin təşkilində təqsirləndirilən, Ə.Səricanovun atası Azər Səricanov ömürlük, digər dörd nəfərdən biri 4 il, qalan üçü isə 18-20 il həbs cəzası alıb.
Təqsirləndirilən şəxslər hökmdən yuxarı məhkəmə instansiyalarına şikayət etsələr də, nəticə dəyişməyib.
Onlar deputata atəş açdıqlarını təsdiqləsələr də, İrandan sifariş almadıqlarını və deputatı öldürmək niyyətlərinin olmadığını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”