Foto: açıq mənbə
Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun yeddi vətəndaş cəmiyyəti təşkilatının bank hesablarının dondurulması ilə bağlı vəsatətini təmin edib.
Baş Prokurorluq həmin təşkilatların hökumət əleyhinə davam edən etiraz aksiyalarının ilkin mərhələsində zorakılığın təşviqinə şərait yaratdıqlarını iddia edib.
Hədəf alınanlar arasında Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED), Vətəndaş Cəmiyyəti Fondu, İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI), Sosial Ədalət Mərkəzi (SJC), Sapari, Gürcüstan Demokratik Təşəbbüsü (GDI) və Demokratiya Müdafiəçiləri qeyri-hökumət təşkilatları (QHT) var.
Baş Prokurorluq bu cəza tədbirinin "təxribat, təxribat cəhdi və düşmən fəaliyyətinə kömək" ittihamlarını əhatə edən daha geniş cinayət işinin tərkib hissəsi kimi tətbiq edilməsini tələb edib. İstintaq fevral ayında hökumətyönlü bir qrupun müraciəti əsasında başlanıb və hökumət tənqidçilərinin geniş dairəsini əhatə edib.
Baş Prokurorluq avqustun 27-də verdiyi açıqlamada bildirib ki, ötən ilin noyabr ayında başlanan etiraz aksiyaları "tədricən polis qüvvələri ilə qarşıdurmalara, qəsdən xarakter daşıyan insidentlərə çevrilib". Qurumun iddiasına görə, bu, "müxalifət partiyası liderlərinin və bəzi QHT rəhbərlərinin kütləvi itaətsizliyə və ümummilli müqavimətə çağırışlarının" nəticəsi olub.
Prokurorluğun açıqlamasında həm də bildirilib ki, nəticədə "zorakı qruplar onlarla hüquq-mühafizə orqanı əməkdaşını yaralayıb" və "parlament binasını və polis avadanlıqlarını yandırıblar".
Qadın hüquqları qruplarından olan Sapari ittihamları “tamamilə əsassız və ləkələyici” adlandırıb.
“Bu iddiaları təsdiqləyən heç bir sübut təqdim edilməyib. Bu qərar Gürcüstan vətəndaş cəmiyyəti təşkilatlarına qarşı Rusiyadakı tipli repressiyaların artan istifadəsinin daha bir nümunəsidir və məqsəd açıq şəkildə tənqidi səsi susdurmaq və vətəndaş cəmiyyəti təməlini dağıtmaqdır”, - təşkilat bildirib.
Qrup zorakılıqdan zərər çəkmiş qadın və uşaqları onlara müraciət etməyə davam etməyə çağırıb və deyib: “Sizlərə könüllü şəkildə yardım etməyə davam edəcəyik, nə qədər bacarırıqsa”.
Baş Prokurorluq əvvəllər də QHT-lərin bank hesablarının dondurulmasına nail olub.
Mart ayında Baş Prokurorluq cərimələnmiş və ya saxlanılmış etiraz aksiyası iştirakçılarını dəstəkləyən beş qurumun hesablarını dondurmuşdu. Daha sonra həmin fondlarla əlaqəli şəxslərin evlərində axtarışlar aparılmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: mfa.am
Foto: mod.gov.az
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Britaniya Eldar Mahmudovun ailəsinin sərvətini “səhlənkar” yoxlayan vəkili cəzalandırıb