Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
VOA
“Müdafiə Xətti” insan haqları təşkilatı sentyabr ayı üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb.
Hesabatda bildirilir ki, sentyabrın 7-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 13 il, həmin iş üzrə təqsirləndirilən ictimai fəal Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Sənəddə “Toplum TV işi” üzrə sentyabrın 21-də keçirilən apellyasiya iclasına da toxunulur. Təşkilat müdafiə tərəfinin vəsatətlərinin baxılmadan rədd edildiyini bildirir.
“Hakim Zəfər Əhmədov prosesin gedişində Cinayət-Prosessual Məcəllənin tələblərini kobud surətdə pozaraq məhkəmədə vətəndaşların iştirakına qadağa qoydu, təqsirləndirilən şəxslərin müdafiə hüququndan istifadə etmələrinə mane oldu, onlardan üç nəfərini zaldan çıxardı, Ruslan İzzətliyə qarşı qeyri-etik ifadədən istifadə etdi”, - hesabatda deyilir.
Hesabata görə, “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Şəmşad Ağa 30 cildlik cinayət işinin “tamamilə uydurma və saxta ittihamlar üzərində qurulduğunu” bildirib. Təşkilat eyni iş üzrə həbsdə olanv jurnalist Aytac Tapdığın tibbi müayinələrdən keçirilməməsi fonunda səhhətinin ağırlaşdığını da qeyd edir.
Müdafiə Xətti sentyabrın 25-də tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun kassasiya şikayətinin təmin edilmədiyini yazır. Təşkilatın məlumatına görə, Səmədov saxlanma şəraitinə etiraz olaraq məhkəmə zamanı özünə xəsarət yetirib.
Hesabatda ilahiyyatçı Taleh Bağırzadənin övladları barəsində açılmış cinayət işi üzrə məhkəmə baxışının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Bəhruz Həsənlinin ekstradisiyası ilə bağlı prosedurun davam etdiyi qeyd olunur. Sənəddə Abgül Süleymanova və AXCP fəalı Zamin Salayevin inzibati həbslərinə də toxunulur:
“2026-cı il sentyabrın 22-də keçmiş siyasi məhbus Abgül Süleymanova orta məktəblərdə hicab məhdudiyyətinə sosial şəbəkədə etiraz etdiyinə görə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Sentyabrın 4-də isə keçmiş siyasi məhbus Zamin Salayev rayon rəhbərliyinin fəaliyyətini tənqid etdiyinə görə Salyan Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs alıb. Onun saxlanma zamanı qeyri-insani rəftara məruz qaldığı bildirilir”.
Sənəddə penitensiar müəssisələrdə içməli su, havalandırma və tibbi xidmətlə bağlı problemlərin davam etdiyi vurğulanır.
“Sentyabr ayı boyunca məhbusların içməli su, havalandırma və tibbi xidmət çatışmazlığına qarşı etirazlarına müəssisə rəhbərlikləri intizam tənbehləri və cərimə kameralarına salınma ilə cavab verib. Siyasi məhbus Əsgər Məmmədov 10 saylı cəzaçəkmə müəssisəsində, Zamin Salayev isə Salyan Rayon Polis İdarəsinin təcridxanasında aclıq aksiyası keçirib”, - hesabatda bildirilir.
Təşkilat həmçinin avqustda qəbul edilmiş qanunvericilik dəyişikliklərindən sonra sosial şəbəkələrdə fəallara və müstəqil jurnalistlərə qarşı məhdudiyyətlərin sərtləşdirildiyini bildirir.
“Sosial şəbəkələrdə fəallara və müstəqil jurnalistlərə qarşı filtrləmə və bloklama tədbirlərinin intensivləşdirildiyi” vurğulanır.
Hesabatda sentyabr ayında Azərbaycandakı insan hüquqları vəziyyəti ilə bağlı beynəlxalq reaksiyalara da yer verilib:
“2026-cı il sentyabrın 30-da Raoul Wallenberg Centre for Human Rights (RWCHR) beynəlxalq təşkilatı bəyanat yayaraq, Aytac Tapdığın təcili müayinə və müalicə olunmasını, eləcə də dərhal azad edilməsini tələb edib.
Sentyabr ayı boyunca HRF, Amnesty International və RWCHR kimi beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini siyasi motivli həbslərə son qoymağa, Anar Məmmədli, ‘Toplum TV’ və ‘Meydan TV’ əməkdaşlarını dərhal azad etməyə çağıran bəyanatlar yayıblar”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
president.az
Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti
jam-news
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”