Siyasət

İlham Əliyev YAP-a müddət məhdudiyyəti olmadan rəhbərlik edəcək

5 oktyabr, 2026
129

president.az

Hakim Yeni Azərbaycan Partiyası (YAP) nizamnaməsində partiya sədrinin beş illik səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Dəyişiklikdən sonra prezident İlham Əliyevin YAP sədri kimi fəaliyyəti konkret müddətlə məhdudlaşdırılmayacaq.

APA-nın məlumatına görə, bunu YAP-ın Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov oktyabrın 2-də keçirilən partiyanın VIII qurultayında nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Əvvəlki nizamnaməyə əsasən, YAP sədri beş il müddətinə seçilir və bu müddət başa çatdıqdan sonra qurultayda yenidən seçilməli idi.
Nizami Səfərov bildirib ki, sədrin beşillik səlahiyyət müddətini nəzərdə tutan müddəa nizamnamədən çıxarılıb.
“Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə aparacaq”, - o deyib.

İlham Əliyev 1999-cu ildə YAP-ın I qurultayında sədr müavini, 2001-ci ildə keçirilən II qurultayda isə yeni yaradılmış sədrin birinci müavini vəzifəsinə seçilib.

O, 2003-cü ilin oktyabrında Azərbaycan prezidenti seçilib, 2005-ci il martın 26-da keçirilən YAP-ın III qurultayında isə partiya sədri olub.

YAP 1992-ci ildə İlham Əliyevin atası, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev tərəfindən yaradılıb. İlham Əliyev sonrakı IV, V, VI və VII qurultaylarda da yenidən partiya sədri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Naxçıvanda Vasif Talıbovun imzaladığı 40-dan çox fərman ləğv edilib

25 noyabr 2026

president.az

Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə imzaladığı 40-dan çox fərman ləğv edilıb. Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə MR-nin baş naziri Cabbar Musayev qərar imzalayıb. APA-nın yaydığı məlumata görə, qərarla “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında”, “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserninin yaradılması haqqında”, “Naxçıvan Beynəlxalq Hava Limanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” fərmanlar da daxil olmaqla, ümumilikdə 47 fərman ləğv edilib. Naxçıvan...
Siyasət

DSX əsgərinin uzun sürən xəstəlikdən öldüyü deyilir

24 noyabr 2026

sosia media

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Rəhman Kərimov vəfat edib. Bu barədə noyabrın 24-də DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, əsgər Rəhman Kərimov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və Mərkəzi Klinik Xəstəxanada müalicə alıb. Məlumatda deyilir ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun yaşı, hansı xəstəlikdən əziyyət çəkdiyi və müalicə müddəti barədə əlavə məlumat açıqlanmayıb. Bu il azı 48 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) monitorinqinə əsasən, 2026-cı il oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Onlardan 13-ü xəstəliklərdən, 9-u avtomobil qəzalarında, 7-si bədbəxt hadisələr nəticəsində,...

Seçilmiş Videolar

Toplum TV loqo