açıq mənbədən götürülüb
Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da keçiriləcək Qələbə paradı üçün Moskvaya getməyəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mayın 7-də məlumat verib.
“Təəssüf ki, Əliyev gəlməyəcək. Bunu onunla izah ediblər ki, o, Heydər Əliyevə həsr olunmuş tədbirlərdə iştirak etməlidir", - Uşakov bildirib.
Bir gün öncə Uşakov Moskvadakı paradda Azərbaycan prezidenti də daxil olmaqla 29 ölkə başçısının iştirak edəcəyini açıqlamışdı.
Bir qədər əvvəl İ.Əliyev Rusiyanı 2024-cü ilin dekabrında Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğramasında ittiham etmişdi.
O, Rusiyadan “günahkarların cəzalandırılmasını”, “tam şəffaflığı və insan davranışını” tələb edib.
Təyyarə qəzası nəticəsində üç ekipaj üzvü olmaqla 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
sosial media