Siyasət

“Freedom House”: “Dünya əhalisinin cəmi 21%-i azad ölkələrdə yaşayır”

19 Mart, 2026
166

Foto: Freedom House

“Freedom House” beynəlxalq insan hüquqları təşkilatı 2025-ci ildə dünyada hüquq və azadlıqların vəziyyətinə dair illik hesabat açıqlayıb. 

Martın 19-da dərc olunan hesabatda göstərilir ki, 54 ölkədə siyasi hüquqlar və vətəndaş azadlıqları ilə bağlı vəziyyət pisləşib, yalnız 35 ölkədə isə vəziyyət yaxşılaşıb. Hazırda dünya əhalisinin yalnız 21 faizinin "azad" qiymətləndirilən ölkələrdə yaşadığı bildirilir. Bu isə 20 il əvvəlki göstəricidən 25% azdır. 

“2026-cı il Venesueladan tutmuş İrana qədər avtoritar hakimiyyət altında yaşayanlar üçün yeni imkanlar gətirsə də, son 20 il qlobal azadlıqlar üçün qaranlıq bir dövr olub. Silahlı münaqişələr, çevrilişlər, demokratik təsisatlara hücumlar və avtoritarların hüquqlara qarşı basqıları artıq iki onillik ərzində tənəzzülə səbəb olub. Hələ də azadlığın nemətlərindən zövq alanlar avtoritarizmə qarşı daha çox iş görməli və dünyada repressiyalara qarşı duran insanların demokratik istəklərinə daha təsirli dəstək verməlidirlər, əks halda bu davamlı tənəzzül davam edəcək”, - deyə təşkilatın baş icraçı direktoru Ceymi Flay bildirib. 

Azərbaycan da növbəti dəfə "qeyri-azad" ölkə statusunda qalıb və 100 ballıq şkala üzrə 6 bal toplayıb. “Freedom House” xatırladır ki, Azərbaycan 20 il əvvəl 33 bal toplamışdı. 

Hesabatda qeyd olunur ki, son 20 ildə Azərbaycanda prezident İlham Əliyev və ailəsinin mərkəzində dayandığı avtoritar idarəçilik sistemi ardıcıl şəkildə gücləndirilib. Sənəddə vurğulanır ki, ölkədə müstəqil məhkəmə və azad mətbuatın olmaması bu prosesi sürətləndirən əsas amillərdən biri olub.

Qonşu ölkələrdən Ermənistan və Gürcüstan isə "qismən azad ölkələr”, İran, Rusiya və Türkiyə isə “qeyri-azad ölkələr” sırasında yer alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo