Siyasət

Netanyahu: "Erməni soyqırımı"nı tanıyıram 

28 Avqust, 2025
31

Foto: Yonatan Sindel

İsrail baş naziri Benyamin Netanyahu "erməni soyqırımı"nı tanıdığını deyib. 

ABŞ-dən olan erməni və assuriyalı əsilli aparıcı Petrik Bet-Deyvidin "YouTube" verilişinə qonaq olan baş nazirə bu sual ünvanlanıb. 

Netanyahu cavabında yanlış olaraq İsrail parlamenti Knessetin  soyqırımının tanınması barədə qətnamə qəbul etdiyini bildirib. 

Bet-Deyvid məhz baş nazirin özünün soyqırımını tanıyıb-tanımadığını soruşduqda, Netanyahu cavab verib: "Tanıdım. Buyurun." 

Knesset bir neçə dəfə "erməni soyqırımı"nın tanınmasını müzakirəyə çıxarsa da, bunu qəbul etməyib. 

Dünyada 30-dan çox ölkə 1915-23-cü illərdə Osmanlı dövləti ərazisində ermənilərə qarşı qətliamları "soyqırımı" kimi tanıyıb. 

Netanyahunun açıqlaması İsraillə Türkiyə arasında münasibətlərin gərgin olduğu dövrə təsadüf edir. Türkiyə Osmanlının varisi kimi "erməni soyqırımı" iddiasını rədd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Mirzoyan: "Tramp marşrutu"na ABŞ nəzarət etməyəcək 

28 Avqust 2025

Foto: mfa.am

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirəcək "Tramp marşrutu"na ABŞ-nin nəzarət etməyəcəyini deyib.  Ermənistanın İctimai Televiziyasına danışan nazir Azərbaycanın "Zəngəzur dəhlizi" adlandırdığı yola məhz ölkəsinin nəzarət edəcəyini bildirib.  “Üçüncü tərəf bu hissəyə nəzarət etməyəcək. Bu, Ermənistan Respublikasının funksiyalarına aiddir. Bu məsələ mübahisələndirilmir və başqa heç bir razılaşma olmayıb", – Mirzoyan qeyd edib.   O, həmçinin, yolun keçəcəyi ərazinin 99 il müddətinə ABŞ-yə icarəyə verilməsi barədə deyilənlərin “hələlik reallıqla heç bir əlaqəsi" olmadığını deyib.  Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. ...
Siyasət

Gürcüstan hökuməti 7 QHT-nin bank hesablarını dondurub 

28 Avqust 2025

Foto: açıq mənbə

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun yeddi vətəndaş cəmiyyəti təşkilatının bank hesablarının dondurulması ilə bağlı vəsatətini təmin edib.  Baş Prokurorluq həmin təşkilatların hökumət əleyhinə davam edən etiraz aksiyalarının ilkin mərhələsində zorakılığın təşviqinə şərait yaratdıqlarını iddia edib. Hədəf alınanlar arasında Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED), Vətəndaş Cəmiyyəti Fondu, İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI), Sosial Ədalət Mərkəzi (SJC), Sapari, Gürcüstan Demokratik Təşəbbüsü (GDI) və Demokratiya Müdafiəçiləri qeyri-hökumət təşkilatları (QHT) var. Baş Prokurorluq bu cəza tədbirinin "təxribat, təxribat cəhdi və düşmən fəaliyyətinə kömək"  ittihamlarını əhatə edən daha geniş cinayət işinin tərkib hissəsi kimi tətbiq edilməsini tələb edib. İstintaq fevral ayında hökumətyönlü...

Seçilmiş Videolar

Toplum TV loqo