"Amnesty International": "Qızları hicaba görə dərsə buraxmamaq təhsil hüququnun pozuntusudur"
sosial media
"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda məktəblərdə hicaba qadağa qoyulmasını qınayıb.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Mari Struters oktyabrın 16-da yaydığı bəyanatda Azərbaycan hökumətini qadağanı ləğv etməyə çağırıb.
"Dinc etirazçıların zorakı iğtişaşların iştirakçıları ilə birlikdə kütləvi şəkildə həbs edilməsi, qızının məktəbdən kənarlaşdırılmasına etiraz edən ananın saxlanıldığı barədə məlumatlar və zərərçəkmiş qızlara kömək etməyə çalışan fəalın yoxa çıxması Azərbaycanda dinc etiraz hüququnun qanuni şəkildə həyata keçirilməsinin zorakılıqla yatırılmasının, eləcə də ifadə azadlığına və bütün müxalif fikirlərə qarşı təzyiqlərin səciyyəvi nümunələridir", - o qeyd edib.
"Hicab taxdıqlarına görə qızların sinif otaqlarına buraxılmaması ayrı-seçkilikdir və onların təhsil hüququnu, din və ifadə azadlıqlarını pozur. Dövlət təhsilinin dünyəvi xarakter daşıması dini geyimlərə ümumi qadağa qoyulmasına haqq qazandırmır", - Struters əlavə edib.
Oktyabrın 12-dən etibarən Azərbaycanda hicablı şagird və müəllimlərin məktəblərə girişinə icazə verilmir. Məktəb direktorları qadağanı Nazirlər Kabinetinin sentyabrın 21-də şagirdlər, oktyabrın 6-da isə müəllimlər üçün qəbul etdiyi geyim qaydaları ilə əsaslandırır. Qaydalarda hicabın qadağan olunduğu yazılmasa da, geyimlərin dünyəvilik prinsipinə uyğun olmalı olduğu qeyd olunur.
Daxili İşlər Nazirliyi qadağaya etiraz edən 37 nəfərin saxlandığı və barələrində ictimai qaydanın pozulması maddəsi ilə cinayət işi açıldığını bildirib.
Etiraz edən valideynlərdən biri, Maştağa sakini Şahizər Hüseynova oktyabrın 13-də saxlanılıb və iki gün sonra ev dustaqlığına buraxılıb. O, oktyabrın 17-də yenidən mülki geyimlilər tərəfindən saxlanıldığını və telefonunun əlindən alındığını xəbər verib.
Hicablı şagirdlər üçün təhsil platforması yaradan ictimai fəal İlkin Hüseynov isə inzibati qaydada 30 sutkalıq həbs olunub. Onun yaratdığı platformanın saytına və sosial media hesabına giriş məhdudlaşdırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Meydan TV
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”