Dünya

Ukrayna Sankt-Peterburqa zərbələr endirib, ölən və yaralananlar var 

19 Oktyabr, 2026
9

euronews

Ukrayna PUA-ları Sankt-Peterburq və Leninqrad vilayətində neft obyektlərinə və data-mərkəzlərinə zərbə endirib, ölən və yaralananlar var.

“Reuters”in məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti oktyabrın 18-də Ukraynanın genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb. 

Hücumla bağlı ilkin açıqlamalarda bir nəfərin öldüyü və 15 nəfərin yaralandığı deyilir.

“Reuters” yerli hakimiyyət orqanlarına istinadən yazır ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərdəki neft terminalında, neft anbarında və sənaye anbarlarında yanğınların baş verdiyini bildirib.

Hücumdan sonra Leninqrad vilayətinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

“Al Jazeera”nın məlumatına görə, vilayətin qubernatoru Aleksandr Drozdenko təxminən 20 min nəfərin elektrik enerjisiz qaldığını bildirib.

Sankt-Peterburqun Pulkovo hava limanında da uçuşlarla bağlı məhdudiyyətlər tətbiq edilib. 

Hücumun miqyası və təhlükəsizlik tədbirləri səbəbindən hava nəqliyyatının işində fasilələr yaranıb.

Rusiya rəsmilərinin açıqlamalarına görə, pilotsuz aparatların qalıqları yaşayış binalarına və avtomobillərə də ziyan vurub. Hadisə nəticəsində 12 çoxmənzilli bina zərər görüb.

Rusiya Müdafiə Nazirliyi oktyabrın 18-nə keçən gecə ölkənin müxtəlif regionları üzərində 1015 Ukrayna dronunun vurulduğunu açıqlayıb. Leninqrad vilayətinin qubernatoru Drozdenko isə region üzərində 145 PUA-nın məhv edildiyini bildirib.
Bu rəqəmlər Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Ukrayna hərbi komandanlığı hücumla bağlı rəsmi açıqlama verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Zelenski Trampı Ukraynanı kapitulyasiyaya məcbur etməkdə ittiham edib

19 Oktyabr 2026

sosial media

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampı Kiyevi Rusiya qarşısında kapitulyasiyaya məcbur etməyə çalışmaqda ittiham edib. Bununla belə, o, Vaşinqtonun məqsədinin məhz bu olduğuna inanmaq istəmədiyini bildirib. Bu barədə “Bloomberg” məlumat yayıb. Zelenskinin sözlərinə görə, ABŞ administrasiyası Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb edir, lakin bunun müqabilində Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün əlavə dəstək təklif etmir. “Son təklifim belə idi: Biz Rusiyanın dizel yanacağı istehsalına zərbələr endirmirik, siz isə bunun müqabilində obyektlərimizi qorumaq üçün bizə ‘Patriot’ sistemlərinin raketlərini verirsiniz. Lakin onlar sadəcə hücumları dayandırmağımızı istəyirlər, əks halda bizə nəyisə verməyi dayandıracaqlarını deyirlər”, - Zelenski bildirib....
Dünya

İranda Xameneini parodiya edən satirikə qarşı cinayət işi açılıb

16 Oktyabr 2026

sosial media

İranın Tehran prokurorluğu “Instagram”da satirik videoları ilə tanınan Səid Şəkibaya qarşı cinayət işi açıb. Buna onun ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin səsini parodiya etdiyi videonun sosial şəbəkələrdə yayılmasının səbəb olduğu bildirilir. “Radio Farda” Şəkibanın “təhqiredici və alçaldıcı məzmun yaymaq” ittihamı ilə məsuliyyətə cəlb edildiyini, barəsində “müvafiq tədbirlər” görüldüyünü yazıb. Son günlər hakimiyyətə yaxın sosial media istifadəçiləri videonu paylaşaraq satirikin cəzalandırılmasını tələb ediblər. SEPAH-a bağlı “Fars” agentliyi isə paylaşımı “təhqiredici və alçaldıcı” adlandırıb, videoda “kobud və nalayiq” ifadələrin işləndiyini bildirib. Şəkiba əsasən məhşur şəxslərin səslərini təqlid etdiyi komediya videoları ilə tanınır. Onun “Instagram” hesabının təxminən 1 milyon izləyicisi olduğu, səhifənin...

Seçilmiş Videolar

Toplum TV loqo