Siyasət

Aynur Elgünəş Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb

19 Oktyabr, 2026
6

Meydan TV

"Meydan TV"nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. 

Bu barədə oktyabrın 18-də vəkil Zibeydə Sadıqova məlumat yayıb. O xatırladıb ki, jurnalistin səhhətində ciddi problemlər var, hazırda isə ən böyük təhlükə böyrəyində formalaşıb. 

A.Elgünəşin yaxınlarının daha öncə yaydığı məlumata görə, oktyabrın 14-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında jurnalistin vəziyyəti daha da pisləşib. Onun arterial təzyiqinin əvvəlcə 150/80-ə yüksəldiyi, üzünün rənginin saraldığı, diafraqma nahiyəsində sıxılma yarandığı və nəfəs almaqda çətinlik çəkdiyi bildirilirdi. 

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi” üzrə həbs ediliblər.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

"Amnesty International": "Qızları hicaba görə dərsə buraxmamaq təhsil hüququnun pozuntusudur" 

19 Oktyabr 2026

sosial media

"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda məktəblərdə hicaba qadağa qoyulmasını qınayıb.  Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Mari Struters oktyabrın 16-da yaydığı bəyanatda Azərbaycan hökumətini qadağanı ləğv etməyə çağırıb.  "Dinc etirazçıların zorakı iğtişaşların iştirakçıları ilə birlikdə kütləvi şəkildə həbs edilməsi, qızının məktəbdən kənarlaşdırılmasına etiraz edən ananın saxlanıldığı barədə məlumatlar və zərərçəkmiş qızlara kömək etməyə çalışan fəalın yoxa çıxması Azərbaycanda dinc etiraz hüququnun qanuni şəkildə həyata keçirilməsinin zorakılıqla yatırılmasının, eləcə də ifadə azadlığına və bütün müxalif fikirlərə qarşı təzyiqlərin səciyyəvi nümunələridir", - o qeyd edib.  "Hicab taxdıqlarına görə qızların sinif otaqlarına buraxılmaması ayrı-seçkilikdir və onların təhsil hüququnu, din...
Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...

Seçilmiş Videolar

Toplum TV loqo