Siyasət

"Human Rights Watch" Abzas Media jurnalistlərini azad etməyə çağırıb

23 Noyabr, 2023
462

Açıq mənbələrdən götürülüb

Human Rights Watch

“Azərbaycan hökuməti öz tənqidçilərinə qarşı şübhəli, cəzalandırıcı cinayət ittihamları irəli sürür”.

Toplum TV xəbər verir ki, bu barədə "Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatı Abzas Media rəhbərliyinin həbs olunması ilə bağlı məqaləsində qeyd edib. 

Məqalədə Abzas Medianın direktoru Ülvi Həsənlinin, direktorun müavini Məhəmməd Kekalovun, həmçinin baş redaktor Sevinc Vaqifqızının həbs olunmasının onların korrupsiya ilə bağlı araşdırmaları ilə əlaqədar olduğu bildirilir. 

https://toplum.tv/siyaset/pbeynelxalq-teskilatlar-azerbaycan-houmlkumetini-jurnalistleri-azad-etmeye-ccedilagirirp

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qoqia bildirib ki, bu həbslər Azərbaycanda azad mətbuatına cəzalandırılmasının çoxillik nümunələrinin ən son örnəkləridir. 

"Onlar dərhal azad edilməlidir”, - deyə təşkilatın rəsmisi yazısında qeyd edib. 

Qeyd edək ki, bundan əvvəl Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Norveç Helsinki Komitəsi də Azərbaycan hökumətini Abzas Media jurnalistlərini dərhal azad etməyə çağırmışdı. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi: 8 il əvvəlki sistemə qayıdış?

23 Oktyabr 2026

sosial media

Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı fərmanla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.  Fərmana əsasən, TƏBİB publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaratdığı komissiya həyata keçirəcək. Əliyevin həmin gün imzaladığı sərəncamla TƏBİB-in icraçı direktoru Anar Bayramov səhiyyə naziri təyin olunub. Digər sərəncamla isə səhiyyə naziri Teymur Musayev baş nazir müavini təyin edilib.  Prezident TƏBİB-i 2018-ci ilin dekabrında imzaladığı fərmanla yaratmış və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini bu qurumun tabeliyinə vermişdi. 2022-ci ildə verilən fərmanla isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB üzərindəki səlahiyyətləri...
Siyasət

Əli Kərimli və Məmməd İbrahimə qarşı cinayət işi məhkəməyə göndərilib

23 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya Ali Məclisinin katibi Məmməd İbrahim barəsində açılan cinayət işi məhkəməyə göndərilib. “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İlk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri ittihamı...

Seçilmiş Videolar

Toplum TV loqo