Siyasət

Simonyan: "Azərbaycanda mağazalarda erməni malları olacaq" 

11 Sentyabr, 2025
49

Foto: parliament.am

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsi ilə Azərbaycan arasında sülhün yaranma perspektivlərindən danışıb. 

Jurnalistlərə danışan parlament sədri iki ölkə xalqları arasında münasibətlərin düzələcəyinə ümid etdiyini, lakin bunun üçün vaxt lazım olduğunu deyib. 

"Əksər ermənilərin Azərbaycan sərhədçisinin üzünü görmək istəməməsi yaxşı hal deyil, çünki biz qonşuyuq və zaman keçdikcə bu məsələ də aktual olacaq. Həmin o ermənilər və azərbaycanlılar Moskvada birgə biznes qurur, dostluq edir və bir-birinin ad gününə gedirlər, başqa ölkələrdə də eynilə belədir", - o qeyd edib. 

“Bəli, gərginlik var, həm bizdə, həm də onlarda yaralar təzədir. Biz adam öldürməmişikmi, azərbaycanlı tərəfdən ölən olmayıbmı?”, - Simonyan bildirib. 

O əlavə edib ki, bu mövzuda həssaslığın hər iki tərəfdə mövcud olduğuna inanır, amma hazırda prioritet məsələ ölkələrarası kommunikasiyaların mümkün qədər tez açılmasıdır. 

Simonyan kommunikasiyalar bərpa olunduqdan sonra "emosional məsələlərin" də çox qısa müddətdə həll olunacağına əminliyini ifadə edib. 

“Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, erməni–azərbaycanlı bazarı formalaşacaq. Bizim mağazalarda Azərbaycan malları, Bakının və digər şəhərlərin mağazalarında isə erməni malları olacaq. Bu, qaçılmazdır. İstədiyiniz qədər sağlığa qaldırın, kim nə desə də, uçub göyə qalxın, yenə yerə enəcəksiniz”, – deyə parlament sədri vurğulayıb.

O, ticarətin faydalarına nümunə üçün əlavə edib ki, ermənilər benzini daha ucuz alacaqlar. 

“Azərbaycanın yaraları var. Azərbaycan hesab edir ki, Ermənistan onların ölkəsinin 20 faizini 30 il işğal altında saxlayıb. Düz və ya səhvdir demirəm, amma hətta bəzən soyqırım xarakterli bəyanatlar da səsləndirir. Azərbaycan üçün gələcəkdə hər hansı təhlükənin qarşısını almaq çox vacibdir”, – Simonyan bildirib.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.

Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.

ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Türkiyədə "Habertürk" və "Show TV" daxil olmaqla 121 şirkətə həbs qoyulub 

11 Sentyabr 2025

Foto: Habertürk

Türkiyədə "Can Holding" şirkətlər qrupuna qarşı cinayət işi açılıb.  Şirkət idarəçiləri cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq, dələduzluq və qanunsuz valyutanın leqallaşdırılması ittihamları ilə üzləşib.  10 nəfər barəsində şübhəli şəxs qismində saxlanma qərarı verilib.  Holdinqə daxil olan 121 şirkətin əmlak və aktivlərinə isə həbs qoyulub. Şirkətlər arasında "Show TV", "Habertürk", İstanbul Bilgi Universiteti, "Ciner Media", Doğa Məktəbləri İdarəçiliyi, "Turkish Tobacco" Tütün Məhsulları Satışı Anonim Şirkəti var. Saxlanılan şəxslərin "Can Holding"ə bağlı şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan külli miqdarda valyutanı leqallaşdırmağa çalışdığı vurğulanır. İttihama əsasən, holdinq altında yaradılan "məqsədyönlü cinayət təşkilatı" Kemal Can, Mehmet Şakir Can və Kenan Tekdağın rəhbərliyi ilə fəaliyyət göstərib. ...
Siyasət

Paşinyan "Tramp marşrutu" üçün BƏƏ modeli təklif edir 

11 Sentyabr 2025

Foto: primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yoldakı yoxlama prosesindən danışıb.  Parlamentdə çıxış edən baş nazirdən müxalif deputat Aqnesa Xamoyan azərbaycanlıların sözügedən yoldan keçidi zamanı pasport və yüklərinin yoxlanışının necə olacağını soruşub.  "Azərbaycanlılar Sünikdən keçəndə Ermənistan sərhədçiləri onların pasportlarını yoxlayacaqmı? Ermənistan gömrükçüsü onların yükünə baxacaqmı və əgər azərbaycanlılar həmin yolda hər hansı cinayət törətsələr, Ermənistan polisi müdaxilə edə bilərmi və Ermənistan hakimi onları mühakimə edə bilərmi?”, - deyə Xamoyan sual edib.  Paşinyan sualların hamısına konkret cavab verməyib, lakin o, cavabında son texnologiyalardan danışıb.  Baş nazir Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümunəsini göstərərək həmin ölkədə sərhədçilərin deyil, sensorlu avadanlığın...

Seçilmiş Videolar

Toplum TV loqo