İqtisadiyyat

Azərbaycan ötən il “Formula 1”-ə 168 milyon manat xərcləyib

27 May, 2025
238

Foto: president.az

Ötən il dövlət büdcəsindən “Formula 1 Azərbaycan Qran-Prisi” üçün 168 milyon manat vəsait xərclənib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasında 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatda əksini tapıb.
        
Hesabata görə, digər tədbirlər üzrə büdcədən ayrılan vəsait 1 milyon manatdan az olub.

2024-cü il dövlət büdcəsindən ümumilikdə beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat məbləğində vəsait istifadə edilib.

2016-cı ildən bəri "Formula 1" yarışlarına ev sahibliyi edən Azərbaycan bu yarışların təşkilinə milyon manatlarla vəsait xərcləyir. 

Lakin ümumilikdə rəqəmlərin detalları ictimaiyyətə açıqlanmır.

Təkcə 2023-cü ildə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün 208.9 milyon manat ayrılıb.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir. 

Bəzi ekspertlər də gəlirin qazancdan dəfələrlə az olduğunu iddia edirlər.

Tənqidçilər isə bildirirlər ki, bu vəsait təhsil, səhiyyə, regional inkişaf kimi daha vacib sahələrə yönəldilə bilərdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

İqtisadçı: “Hökumət vətəndaşı yükləmək üçün “kreativ” yollar axtarır”

12 İyun 2025

Foto: Sosial media

Milli Məclisdə “Elektroenergetika haqqında” qanuna mümkün dəyişikliklər müzakirə olunur.  İyunun 10-da baş tutan müzakirədə qaz və elektrikdən istifadə üçün ödənişlərdə sabit tarif tətbiq olunması təklif olunub.  Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, sabit tarif tətbiq olunduqda yaşayış olmayan evlərin sahibləri də binaya verilən qaz və elektrik enerjisinə görə ödəniş etməli olacaqlar.  “Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma 2-də yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Amma yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Həmin iki mənzildə yaşamayanlar da ayda...
İqtisadiyyat

“Azercell”ə qarşı boykot kampaniyası başlayıb

3 İyun 2025

Foto: sosial media

“Azercell” istifadəçiləri şirkətə qarşı boykot kampaniyası başladıb.  Buna səbəb şirkətin iyunun 2-də mobil nömrələrin aktiv qalma müddətini azaltmaqla bağlı qərarı olub.  Qərara əsasən, iyulun 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndikdə nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə nömrəni aktiv saxlamaq üçün isə 1 - 1,99 manat arası məbləğ yükləmək lazım olacaq.  Hazırda qüvvədə olan tarifə əsasən isə, nömrəyə 1 - 1,99 manat yüklədikdə o, 5 gün aktiv qala bilir.  Yeni qərarla nömrəni 2 gün aktiv saxlamaq üçün 2 - 2,99 manat, 3 gün üçün isə  3 - 4,99 manat yükləmək lazım olacaq....

Seçilmiş Videolar

Toplum TV loqo