Foto: sosial media
“Meclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə öncə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra İ.Əliyevin vəkili Rəsul Cəfərov müvəkkilinin şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşməsi üçün vəsatət verib.
O, həmçinin, ittiham üzrə sübutların olmadığını əsas gətirərək cinayət işinə xitam verilməsini, bu yerinə yetirilməzsə, Əliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.
Məhkəmə yalnız Əliyevin şüşə qəfəsdən çıxarılmasını təmin edib.
Baxış iclası iyunun 10-a təyin olunub.
Qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü il aprelində saxlanılıb.
Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.
“Meclis.info” işində digər təqsirləndirilən şəxs fəal Elgiz Qəhrəman isə polis nəzarətinə verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: sosial media
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib