Siyasət

Bəxtiyar Hacıyevə hökm oxundu 

13 Yanvar, 2025
396

açıq mənbədən götürülüb

Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevə hökm oxunub. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Ötən məhkəmə iclasında dövlət ittihamçısı ictimai fəala 11 il cəza istəmişdi. 

Hökmlə Bəxtiyar Hacıyevin Bakı şəhəri,  H.Zərdabi küçəsində olan evi və bank hesablarındakı pul vəsaitləri də müsadirə olunub. Ona təlim-tədris işləri qadağan edilib. 

Bəzi maddələrə isə müddəti ötdüyü üçün xitam verilib. 

Hakim hökmü elan etməmişdən əvvəl Bəxtiyar Hacıyevin vəkilləri müdafiə çıxışı edərək onun barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. Hacıyev də son söz hüququndan istifadə edərkən özünü təqsirli bilmədiyini, sifarişlə həbs olunduğunu bir daha məhkəmənin diqqətinə çatdırıb və məhkəmədən bəraət istəyib. 

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Ötən il iyunun 16-da fəala qarşı maliyyə pozuntuları - qrantların mənimsənilməsilə bağlı yeni ittihamlar irəli sürülüb. O həmçinin qanunsuz sahibkarlıq, pulların yuyulması, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub.

Həmin ilin noyabrında ona qarşı daha bir ittiham irəli sürülüb - vergilərin ödənilməməsi.

Hacıyev ittihamları rədd edir. O, həbsini siyasi sifariş hesab edir. 

Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. 

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi fəaliyyətinə görə həbs edilmədiyini, bütün hüquq və azadlıqların təmin olunmadığını bildirir.  

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov: “Umbakı həbsxanasında məhbuslara dərman verilmir”

12 Oktyabr 2026

sosial media

“Toplum TV işi” üzrə 12 il azadlqdan məhrum edilən jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsində saxlanılan məhbusların dərman və istilik problemi ilə üzləşdiyini bildirir. Fərid İsmayılov yazır: “Umbakı Penitensiar Müəssisəsində saxlanılan məhbuslar 1 aydan çoxdur ki, zəruri dərmanlarla təmin olunmur. Məhbuslara verilən cavab isə “İdarə dərman göndərmir” olur. Ağır ürək və şəkər xəstələri çıxılmaz vəziyyətdə qalıblar. Vəziyyətə etiraz edən məhbuslara “Gedin şikayət edin, bizim verəcək cavabımız var” deyilir. Havaların soyumasına baxmayaraq, kameralarda hələ də istilik sistemi işləmir. Bu da onsuz da xəstə olan məhbusların vəziyyətini daha da ağırlaşdırır”. Jurnalistin idiiaları ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb. "Toplum TV...
Siyasət

Yaxınları: “Aynur Elgünəşin böyrəyinin fəaliyyətini itirmək riski var”

12 Oktyabr 2026

sosial media

“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətində ciddi problem olduğu bildirilir. Jurnalistin yaxınları onun böyrəyinin fəaliyyətini itirmək riski ilə üzləşdiyini deyirlər. “Oktyabrın 8-də Aynur Elgünəş həbsxanada ultrasəs müayinəsindən keçib. Ötən ay həkim onun böyrəyində 14 mm ölçüdə daş olduğunu, daşın böyrəyə zərər verdiyini və genişlənmə müşahidə olunduğunu bildirmişdi. Son müayinədə daşın ovularaq 11 mm-ə qədər kiçildiyi müəyyən edilib. Lakin həkim müayinədən sonra daşın böyrəyə ciddi zərər vurduğunu və böyrəyin fəaliyyətini itirmək üzrə olduğunu deyib”, - jurnalistin yaxınları bildirib. Aynur Elgünəşin yaxınları bildiriblər ki, jurnalist böyrək ağrısından və yüksək təzyiqdən əziyyət çəkir. Onların sözlərinə görə, o, 22 aydır qanunsuz...

Seçilmiş Videolar

Toplum TV loqo