Foto: açıq mənbə
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bir hoteldə qalan 47 israilli turist pasportlarının zibil qutusuna atılması nəticəsində çıxılmaz vəziyyətdə qaldıqlarını iddia edir.
İsrail mətbuatına danışan turistlər deyib ki, avqustun 16-da ölkələrinə qayıtmalı olsalar da, pasportları olmadığına görə təyyarəyə minə bilməyiblər.
“Təhlükəsizlik kameralarını yoxladıqdan sonra pasportların qeydiyyat bölməsində zibil qutusuna atıldığını aşkar etdik. Oradan onlar zibil maşınlarına, sonra isə poliqona aparılıb. Biz daha 48 saat, bəlkə də daha uzun müddət hoteldə qalmağa məcbur olmuşuq. Qorxuruq ki, burada bir həftədən çox ilişib qala bilərik”, - turistlərdən biri deyib.
Hüquq-mühafizə orqanları hadisəni təsadüf kimi qiymətləndirsə də, bəzi səyahətçilər bunun sadə bir səhv olmadığı barədə şübhələrini ifadə ediblər.
“Bu, çox qəribədir. Pasportları necə atmaq olar? Hamı susur. Biz şübhələnirik ki, pasportlar üzərində İsrail gerbi olduğuna görə atılıb. Biz aydın cavab tələb edirik, çünki bu, insanlara zərər vuran ciddi bir hərəkətdir. Necə baş verdiyini soruşduq, amma hələ də cavab ala bilməmişik”, - başqa bir turist bildirib.
İsrail Xarici İşlər Nazirliyi insidenti təsdiqləyərək bildirib ki, hazırda hadisə nazirliyin müvafiq şöbəsi və İsrailin Belqraddakı səfirliyi tərəfindən araşdırılır və turistlərə ölkəni tərk etmələri üçün lazımi sənədlər hazırlanır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: Getty Images
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"