Siyasət

Ülvi Həsənlinin 10 gündür “kars”da saxlanıldığı bildirilir

12 noyabr, 2026
16

foto:şəxsi arxivi

“Abzas Media”nın direktoru, 9 il azadlıqdan məhrum edilən Ülvi Həsənlinin artıq 10 gündür cərimə kamerasında (“kars”) saxlanıldığı deyilir.

Bu barədə nəşrin baş redaktoru Günel Səfərova noyabrın 11-də sosial media hesabında məlumat yayıb.

Səfərovanın sözlərinə görə, Həsənlidən müxtəlif cəzaçəkmə müəssisələrindən “Abzas Media”ya daxil olan məhbus şikayətlərinin saytdan silinməsi tələb olunur:
“Həbsxanalardakı problemləri həll etmək əvəzinə, onları ictimailəşdirən medianın həbsdə olan jurnalistlərinə təzyiq göstərmək çıxış yolu deyil”, - G.Səfərova bildirib.

Noyabrın 3-də Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva onun bir gün əvvəl 10 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə kamerasına salındığını bildirmişdi. O, Həsənlinin məhbusların şikayətləri əsasında hazırlanan materiallarla əlaqədar müəssisə rəhbərliyi tərəfindən təhdid olunduğunu iddia etmişdi. Quliyevanın sözlərinə görə, müəssisə rəisinin müavini Kamran Şahsuvarov digər məhbusları Həsənliyə qarşı qızışdırır, aralarında narazılıq yaratmağa çalışır. “Rəhbərlik haqqında yazılar gedən məhbusları hədələyib məcbur edirlər ki, Ülviyə desinlər, saytdan yazıları sildirsin”, - o qeyd etmişdi.

İddialarla bağlı Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.

Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Daha sonra “Abzas Media işi” çərçivəsində nəşrin baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.
Ülvi Həsənli və iş üzrə digər təqsirləndirilən şəxslərə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il iyunun 20-də çıxardığı hökmə əsasən, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
“Abzas Media işi” üzrə təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Tofiq Yaqublunun qızı: “Atamın başına nəsə gəlməsindən narahatıq”

12 noyabr 2026

sosial media

Müsavat Partiyasının və Milli Şuranın üzvü, həbsdə olan Tofiq Yaqublunun ailəsi ondan narahatdır. Siyasətçinin qızı Nigar Həzi noyabrın 12-də sosial media hesabında yazıb ki, atası adətən zəng günləri saat 10-11 arası evə zəng edir. Onun sözlərinə görə, həmin vaxtdan iki saatdan çox keçməsinə baxmayaraq, Yaqublu ailəsi ilə əlaqə saxlamayıb. “Ayın 10-u ata ilə görüşəndə həbsxanada ona qarşı təzyiqlərin yenidən başladığını demişdi. Bu təzyiqlər Sahib Rzayev Penitensiar Xidmətə yeni rəis təyin olunandan sonra başlayıb. Mən görüş günü bunu ictimailəşdirmədim. Düşündüm ki, səngiyər. Ancaq bu gün atanın evə zəng etməməsi bizdə ciddi narahatlıq və onun başına nəsə gəldiyi ehtimalını yaradır”, - Nigar...
Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr 2026

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar. Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar. “Toplum TV” bəyanatı olduğu kimi təqdim edir. “Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin...

Seçilmiş Videolar

Toplum TV loqo