Siyasət

Vəkil: “Müdafiə etdiyim rusiyalı məhkum kəskin psixi pozuntu keçirib, müalicəsi barədə məlumat verilmir”

5 Avqust, 2026
23

Sosial media

Ötən ilin iyulunda Bakıda həbs olunan Rusiya vətəndaşı Dmitri Fyodorovun psixi vəziyyətinin kəskin pisləşdiyi bildirilir.

Bu barədə onun vəkili Elçin Sadıqov avqustun 5-də məlumat yayıb.

Vəkilin sözlərinə görə, D.Fyodorovda hallüsinasiyalar və düşüncə pozuntuları yaranıb.

"Nəticədə onun psixi vəziyyəti həm özü, həm də ətrafındakılar üçün təhlükəli həddə çatıb. Müvəkkilimin anası oğlunun səhhəti ilə bağlı vəziyyəti öyrənmək üçün bir həftədir Bakıdadır və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə dəfələrlə müraciət edib. Bu gün də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində olduq, lakin bizi onu müayinə edən psixiatr Şəfəq Ağayeva ilə görüşdürmədilər. Bildirdilər ki, onun belə bir səlahiyyəti yoxdur", - deyə vəkil yazıb.

E.Sadıqov əlavə edib ki, idarənin poliklinikasının rəisi Ramil Hüseynzadənin qəbuluna düşmək cəhdləri də nəticəsiz qalıb.

Onun sözlərinə görə, qəbul edən inspektor əvvəlcə xəstəyə qoyulan diaqnozu bilmədiyini, daha sonra isə bunu açıqlaya bilməyəcəyini bildirib. Vəkil qeyd edib ki, tətbiq olunan dərmanlar əsasən şizofreniyanın müalicəsində istifadə edilən preparatlardır.

Elçin Sadıqov Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən D.Fyodorovun diaqnozu, xəstəliyinin gedişi və aparılan müalicə barədə ona və ya xəstənin anasına məlumat verilməsini tələb edib.

Dmitri Fyodorov və digər Rusiya vətəndaşları 2025-ci ilin iyulunda Azərbaycanda narkotik ittihamı ilə həbs olunublar. Onların həbsi Bakı-Qroznı təyyarə qəzasından sonra Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlik fonunda baş verib.

Bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli və Valeri Dulov 4 il, Dmitri Fyodorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqli isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Əli Zeynal prezidentə: “Bizim kimi ölkələrdə təmiz həqiqət yolu çikli və sənin qurduğun məhkəmələrdən keçir” 

5 Avqust 2026

İDİ

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilən, jurnalist, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı (IDI) Əli Zeynalın son sözünü təqdim edirik. Son sözü bəzilərimiz xalqa müraciət formasında edir. Bəzilərimiz övladına açıq məktub formasında. Bəlkə bəzilərimiz doğulmamış övladına, bəlkə heç doğulmayacaq övladına, kimisi gələcəyə, gənc nəslə ünvanlanmış çağırış formasında edir. Mən də çox düşündüm ki, görəsən, bəs mən kimə yazım. Ən birincisi, doğmalarıma, yaxınlarıma, dostlarıma ünvanlasaydım, düşünürəm ki, həm çox şəxsi, həm də dramatik, bəlkə də faciəvi olardı. Oxuyanı, dinləyəni, heç kəsi kövrəltməmək üçün dedim ki, qoy bir az şənləndirici olsun. Oxuyanların, dinləyənlərin üzündə təbəssüm oyatsın. Nəhayət, bir nəfərə ünvanlamağı...
Siyasət

Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"

5 Avqust 2026

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açılmamışdan əvvəl onun Azərbaycandan çıxışına "stop" qoyulub.  Bunu ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə "Azadlıq Radiosu"na bildirib.  T.Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi aprel ayında açılıb. L.İsmayılzadə isə deyir ki, hələ ötən ilin yayından oğluna "stop" qoyulub.  "2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır", - o qeyd...

Seçilmiş Videolar

Toplum TV loqo