Siyasət

Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"

5 Avqust, 2026
152

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açılmamışdan əvvəl onun Azərbaycandan çıxışına "stop" qoyulub. 

Bunu ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə "Azadlıq Radiosu"na bildirib. 

T.Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi aprel ayında açılıb. L.İsmayılzadə isə deyir ki, hələ ötən ilin yayından oğluna "stop" qoyulub. 

"2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır", - o qeyd edib. 

M.Bağırzadənin məktəbdə voleybol oyunu zamanı bir qıza qəsdən xəsarət yetirdiyi iddia olunur. Hadisədən sonra zərərçəkənin ailə üzvləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.  

L.İsmayılzadə daha öncəki açıqlamasında cinayət işini "təxribat" adlandırıb. Onun sözlərinə görə, oğlu sadəcə mübahisə zəminində özünü müdafiə edib. 

Taleh Bağırzadə 2015-ci ilin noyabrında ikisi polis olmaqla yeddi nəfərin öldürüldüyü Nardaran hadisələri zamanı həbs edilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib. 

İlahiyyatçı polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

2025-ci ilin iyulunda Avropa İnsan Hüquqları Məhkəməsi T.Bağırzadəyə qarşı hüquq pozuntuları olduğu barədə qərar verib. Qərara əsasən, Azərbaycan hökuməti T.Bağırzadəyə 10 min avro təzminat ödəməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Toplum TV işi”: Müdafiə tərəfinin vəsatətləri müzakirəyə çıxarılmadan rədd edilib

21 Sentyabr 2026

Toplum TV

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs 12-15 il həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin verdiyi 8 vəsatətin heç biri müzakirəyə çıxarılmayıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətlərin rədd edildiyini elan edib. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli məhkəmə zalında mikrofonun işləməməsinə etiraz edib və səhhətindəki problemləri xatırladıb: “Mikrofon işləmədiyinə görə ucadan danışmağa məcburam, amma səhhətimə görə ucadan danışa bilmirəm. Mən şərlənib həbsə düşəndən bəri dörd növ xroniki xəstəliyə tutulmuşam. Hazırda da bu vəziyyətim davam edir”. Məmmədli 30 illik hüquq fəaliyyəti ərzində belə məhkəmə prosesi görmədiyini deyərək hakimlərə...
Siyasət

Qızı: “Tofiq Yaqublu dörd həftədir həyat yoldaşına etibarnamə verə bilmir”

21 Sentyabr 2026

sosial media

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun həyat yoldaşına etibarnamə verməsi məsələsi dörd həftədir həll olunmur. Bu barədə siyasətçinin qızı Nigar Həzi qsentyabrın 21-də atası ilə telefon danışığından sonra sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, Yaqublu həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəsə də, aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atırlar. “Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da deyirlər Penitensiar Xidmət. Uzun sözün qısası, o, bunun üstünə atır, bu da onun. Hələ də anam etibarnaməni ala bilməyib”, - N.Həzi qeyd edib. O, həmçinin atasına həbsxanada təzyiqlərin artdığını və saxlanma şəraitinin dözülməz həddə çatdığını...

Seçilmiş Videolar

Toplum TV loqo