Vəkil: “Müdafiə etdiyim rusiyalı məhkum kəskin psixi pozuntu keçirib, müalicəsi barədə məlumat verilmir”
Sosial media
Ötən ilin iyulunda Bakıda həbs olunan Rusiya vətəndaşı Dmitri Fyodorovun psixi vəziyyətinin kəskin pisləşdiyi bildirilir.
Bu barədə onun vəkili Elçin Sadıqov avqustun 5-də məlumat yayıb.
Vəkilin sözlərinə görə, D.Fyodorovda hallüsinasiyalar və düşüncə pozuntuları yaranıb.
"Nəticədə onun psixi vəziyyəti həm özü, həm də ətrafındakılar üçün təhlükəli həddə çatıb. Müvəkkilimin anası oğlunun səhhəti ilə bağlı vəziyyəti öyrənmək üçün bir həftədir Bakıdadır və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə dəfələrlə müraciət edib. Bu gün də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində olduq, lakin bizi onu müayinə edən psixiatr Şəfəq Ağayeva ilə görüşdürmədilər. Bildirdilər ki, onun belə bir səlahiyyəti yoxdur", - deyə vəkil yazıb.
E.Sadıqov əlavə edib ki, idarənin poliklinikasının rəisi Ramil Hüseynzadənin qəbuluna düşmək cəhdləri də nəticəsiz qalıb.
Onun sözlərinə görə, qəbul edən inspektor əvvəlcə xəstəyə qoyulan diaqnozu bilmədiyini, daha sonra isə bunu açıqlaya bilməyəcəyini bildirib. Vəkil qeyd edib ki, tətbiq olunan dərmanlar əsasən şizofreniyanın müalicəsində istifadə edilən preparatlardır.
Elçin Sadıqov Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən D.Fyodorovun diaqnozu, xəstəliyinin gedişi və aparılan müalicə barədə ona və ya xəstənin anasına məlumat verilməsini tələb edib.
Dmitri Fyodorov və digər Rusiya vətəndaşları 2025-ci ilin iyulunda Azərbaycanda narkotik ittihamı ilə həbs olunublar. Onların həbsi Bakı-Qroznı təyyarə qəzasından sonra Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlik fonunda baş verib.
Bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli və Valeri Dulov 4 il, Dmitri Fyodorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqli isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Əli Zeynal prezidentə: “Bizim kimi ölkələrdə təmiz həqiqət yolu çikli və sənin qurduğun məhkəmələrdən keçir”
İDİ
Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"
Açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”