Siyasət

Vətəndaş cəmiyyəti üzvləri son amnistiya aktını "manipulyasiya" adlandırır

24 dekabr, 2025
351

Foto/kollaj: Toplum TV

Müstəqil vətəndaş cəmiyyəti üzvləri dekabrın 15-də Azərbaycan prezidenti tərəfindən təşəbbüsü irəli sürülən, hazırda icra olunan amnistiya aktını "manipulyasiya" adlandırıb. 

Azərbaycandan xaricdə yaşayan 20-yə yaxın vətəndaş cəmiyyəti üzvü dekabrın 24-də verdikləri bəyanatda bildiriblər ki, amnistiya təşəbbüsü ictimaiyyətdə həm məhbus sıxlığının azalması, həm də siyasi məhbus kimi tanınan şəxslərin azad ediləcəyi ilə bağlı "ümidlərə rəvac verib"

Buna baxmayaraq, onlar amnistiyanın elan edilmiş məqsədləri ilə mövcud amnistiya arasında ziddiyyətlərin olduğunu deyirlər.

"Belə ki, Aktın 1-ci bəndi üzrə amnistiya tətbiq edilən şəxslərin dairəsi həssas sosial qrupları əhatə etmək nöqteyi-nəzərindən geniş götürülsə də, Aktın 2 və 3-cü bəndində amnistiyanı əhatə edən cinayət əməllərinin çərçivələri dar olub. Amnistiya üzrə cəzadan azad edilən məhkumlara münasibətdə az ağır və ağır kateqoriyalar cəzasının bitməsinə qısa müddət qalmışlarla (müvafiq olaraq, 6 ay və 1 il) məhdudlaşdırılıb. Eyni yanaşma, cəzaların azaldılmasına münasibətdə də tətbiq edilib (cəza yüngülləşdirmə yalnız 6 ayla məhdudlaşdırılıb)", - bəyanatda qeyd olunur. 

Müraciətçilər aktın 7-ci bəndinə istinad edərək bildirir ki, amnistiyanın tətbiqinə məhdudiyyətlər sırasında ağır və xüsusilə ağır cinayətlərlə yanaşı, az ağır cinayətlərin geniş siyahısı əlavə edilib. "Bunun nəticəsində bu Amnistiya aktının misli görünməmiş olmasına dair rəsmi iddialar elə Aktın özünün mətni əsasında təkzib edilib", - onlar əlavə edib. 

Vətəndaş cəmiyyəti üzvləri daha sonra hazırki amnistiya aktını 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti və 1992-ci ildə AXC-Müsavat hakimiyyəti tərəfindən icra edilən amnistiya layihələri müqayisə edərək bildirib ki, hazırki amnistiya heç də təbliğ olunduğu kimi "ən genişmiqyaslı amnistiya" deyil. 

Onlar daha sonra vurğulayıb ki, amnistiyada nəzərdə tutulduğu kimi məhkumların cəza müddətinin sonuna az qalmış azadlığa buraxılmasına məhkəmələr tərəfindən də qərar verilə bilərdi. 

"Keçid ədaləti insan hüquqlarına dair sui-istifadə hallarını aradan qaldırmaq üçün nəzərdə tutulan ədliyyə mexanizmləri, siyasi islahatlar, kultural cəhdlər və ya digər tədbirlərdən ibarət prosesdir. Lakin 2025-ci il Amnistiya aktı keçid ədaləti prinsiplərinə cavab vermir, karseral dövlət təcrübəsini və bu təcrübənin yol açdığı məhbus sıxlığı böhranını, habelə siyasi məhbus problemini aradan qaldırmağa heç bir töhfə vermir. Beləliklə, bu aktın formal olaraq amnistiya adlandırılması bu tədbirin məğzinin manipulyativ cəhd olmasını gizlətmək cəhdidir", - deyə qeyd olunub. 

Bəyanatda, həmçinin, Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayının 400-ə çatdığı, bunun Azərbaycanın 2001--ci ildə Avropa Şurasına üzv olmasından bəri ən yüksək rəqəm olduğu xatırladılır. 

Amnistiya aktının icrasına dekabrın 22-də başlanılıb. Rəsmilər aktın 17 min şəxsə şamil ediləcəyini deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ailəsi hicab qadağasına görə aclıq edən məhbusdan xəbər ala bilmir

13 noyabr 2026

Foto: şəxsi arxiv

Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayan inanclı məhbus Elman Şeydayevdən 20 gündən çoxdur xəbər alınmadığı deyilir. Yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Şeydayev oktyabrın 16-dan aclıq edir. O, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən cəza kamerasına (“kars”) yerləşdirilib. Bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib. Yaxınları digər məhbusların ailə üzvlərindən aldıqları məlumata əsasən, Elman Şeydayevin 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü bildirirlər. Ancaq onun hazırda harada və hansı şəraitdə saxlanıldığı, eləcə də səhhətinin necə olduğu barədə ailəsinə rəsmi məlumat verilməyib. Elman Şeydayev 2022-ci ilin fevralında saxlanılıb və həmin ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi...
Siyasət

Hüseyn Abdullayev Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb

13 noyabr 2026

sosial media

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etdikləri şikayətləri geri götürüblər. Məhkəmə noyabrın 12-də onların ərizələrinin baxılan işlər siyahısından çıxarılması barədə qərar yayıb. “Azadlıq Radiosu”nun məlumatına görə, şikayət Hüseyn Abdullayevin 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi, burada 6 il həbs cəzası alması və anası ilə birlikdə mühakimə olunması ilə bağlı idi. İş üzrə AİHM-də 2024-cü ildə kommunikasiya mərhələsi başlanmış, Azərbaycan hökumətinə suallar göndərilmişdi. Ərizədə qeyd olunurdu ki, Hüseyn Abdullayev 2013-cü ildə Almaniyaya köçüb, orada Azərbaycan hakimiyyətini tənqid edən “Susma” mahnısını yazaraq klip çəkdirib. Bundan sonra onun İnterpol vasitəsilə beynəlxalq axtarışa verildiyi...

Seçilmiş Videolar

Toplum TV loqo